Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEVİN “QARDAŞI” FOND YARADIB

RÖVNƏQ ABDULLAYEVİN “QARDAŞI” FOND YARADIB


29-07-2012, 13:26
RÖVNƏQ ABDULLAYEVİN “QARDAŞI” FOND YARADIB

ELMAR QASIMOV ÜÇÜN NEFTÇİLƏR PUL YIĞIR

Təhsil Nazirliyindən korrupsioner məmurlardan biri kimi işdən kənarlaşdırılan Elmar Qasımov yeni yaradılmış Bakı Ali Neft Məktəbində fond yaradıb. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, ARDNŞ şefinin “qardaşı” yeni yaradılmış təhsil ocağını elə yeni qaydalarla idarə etməyə başlayıb.

“AzeriNews.org”-u məsələ ilə bağlı bilgiləndirən mənbə qeyd edir ki, Elmar Qasımov ARDNŞ-də və neft daşlarında çalışan fəhlələrdən dostu Rövnəq Abdullayevin təkidi ilə məktəbin qeyri-qanuni fonduna pul yığır. Mənbənin bildirdiyinə görə, fəhlələrin hər ay aylıq maaşlarından tutulan 10 faiz pul Bakı Ali Neft Məktəbinin fonduna gedir. Əks halda isə ARDNŞ-də çalışanlar işlərindən qovulacaqları ilə hədələnir: “Elmar Qasımovun Bakı Ali Neft Məktəbinə baxmayaraq rektor təyin olunmasına ona Rövnəq Abdullayev qurumda böyük səlahiyyətlər verib. Bu səlahiyyətlərdən istifadə edən rektor isə əməlli başlı özbaşınalıqlar törətməklə məşğuldur. Özünü elə aparır ki, elə bil ARDNŞ-in prezidentidir. Biri də bir söz deyəndə rektor onu “deyəsən başın bədəninə ağırlıq edir” deyə hədələyir. Rövnəq Abdullyevin dostu bir sözlə ARDNŞ-də hamının gününü göy əskiyə döndərib. Rektor hər ay ARDNŞ-in tabeçiliyində olan idarələri gəzərək Bakı Ali Neft Məktəbinin fondu üçün pul yığır. Bu pulların niyə yığıldığını isə kimsə cürət etmir soruşmağa”.

“AzeriNews.org”-a bundan əlavə Elmar Qasımovun bir neçə illər öncə təhsil naziri Misir Mərdanovun ətrafında necə dolaşması, sonradan təhsil nazirinə xəyanət etməsi və oxuduğu Bakı Dövlət Unversitetində nəyə görə döyüldüyü barədə ilginc məlumatlar daxil olub. Bu barədə araşdırmalarımız davam etdiyindən növbəti yazılarda tanış ola bilərsiz. Bizi izləyin...

Geri qayıt