Əsas Səhifə > Ölkə > “FACEBOOK”DA NÖVBƏTİ QARŞIDURMA

“FACEBOOK”DA NÖVBƏTİ QARŞIDURMA


28-07-2012, 15:55
“FACEBOOK”DA NÖVBƏTİ QARŞIDURMA

ZÖHRAB İSMAYIL EYNULLA FƏTULLAYEVLƏ TOQQUŞDU

İqtisadçı-ekspert Zöhrab İsmayıl “Facebook” statusunda haqqın.az saytında dərc edilən “Səhranın qara günəşi” (“Черное солнце пустыни” http://haqqin.az/ictimai/1559-rustam1.html) adlı yazını paylaşaraq belə bir status yazıb.

“Səhv eləmirəmsə 1996-1997-cı illər olardı. "Azadlıq" qəzetində iqtisadiyyat şöbəsinin müdiri işlədiyim vaxtlar idi. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin bir köməkçisi vardı. Nağıyev-İnsanov qarşıdurmasında bossunun xeyrinə qəzetə xəbər ötürürdü. Sonra məlum oldu ki, nazirlikdən qovublar. Yəqin ki, ordan başqa yerlərə xəbər ötürürmüş... Eşitdiyimə görə, dostları rəhmətlik Elmar Hüseynova demişdilər ki, ofisinə "juçok" qoya bilərlər diqqətli ol. O da qayıtmışdı ki, "juçok"u neynəyirlər, Eynulla yanımdadı... İndi bunun Rüstəm İbrahimbəyov haqqında yazdığına baxın... Rüstəm Heydər Əliyevi müdafiə edəndə də, indi də Rüstəm İbrahimbəyovdur. Gərək o vaxt deyərdi ki, “Eynulladı da, gündə bir yerə işləyir... Nə vaxtsa buraxacaqlar. Altına bir “jeep” alacaqlar, 3 otaqlı da bir ev verəcəklər yenə hərəyə bir daş atacaq””.
Həmin yazının müəllifi isə “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevdir. Yazı isə dramaturq Rüstəm İbrahimbəyov haqqındadır.
İqtisadçının paylaşdığı statusunun altında isə Eynulla Fətullayev onun ünvanına təhqiramiz ifadələr yazıb.
Eynulla Fətullayev: Zöhrab İsmayil adlı bir dılğıra cavab. Sədrin İlqar Məmmədovdan soruş, onunla bir blokda birotaqlı evdə kirayə yaşayıram, Jeep-im yoxdur, ucuz və kreditə götürülmüş bir avtomobildi, sədrin İlqar Məmmədovdan soruş sənə deyər. Sən isə gədənin birisən, sən iqtisadçı yox yaxşı reyestrçı çıxar, ev alanda məlumat verərəm
..., Elmarın adından istifadə etmə, sənə tərbiyə verməyiblər ki, ölünün adından danışmazlar, ay ....

Zöhrab İsmayıl: Dılğır sənin kimi olur! ... də sən məşğulsan... Hiss olunur sənə həbsdə "çox gözəl tərbiyə veriblər"...

Eynulla Fətullayev: Azadlığa gələndə isə sənin kimi ...lərin cibinə pul basıb, məqalə yazdırırdım, Siz də hökumətə işləyirdiz )))
Zöhrab İsmayıl: Mənə pul verib yazı yazdırmağa nə sənin, nə də ağalarının pulu heç vaxt çatmayıb.
İqtisadçı ilə hüquq müdafiəçisinin mübahisəsi bundan sonra da davam edib. Mübahisəyə qoşulanlar arasında digər jurnalistlər də var. Onların mövqeyini öyrənməyə çalışırıq. \ musavat \

Geri qayıt