Əsas Səhifə > Partiya > HACI İLHAM ƏLİYEV TƏCRİDXANAYA KÖÇÜRÜLDÜ

HACI İLHAM ƏLİYEV TƏCRİDXANAYA KÖÇÜRÜLDÜ


28-07-2012, 13:55
HACI İLHAM ƏLİYEV TƏCRİDXANAYA KÖÇÜRÜLDÜ

O, BİR İL ALTI AY ORDA QALACAQ

Həbsdə olan ruhani Hacı İlham Əliyev Ədliyyə Nazirliyinin penitensiar xidmətinin Şüvəlan qəsəbəsində yerləşən istintaq təcridxanasından köçürülüb.

SalamNews-un xəbər verir ki, ruhani Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinə aparılıb.

Xatırladaq ki, Hacı İlham Əliyev aprel ayının 2-si AR Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Cari ilin 19 iyununda hakim Fatimə Miriyevanın sədrliyi ilə Xəzər rayon məhkəməsi barəsində 1 il 6 ay həbs qərarı çıxarıb.

Geri qayıt