Əsas Səhifə > Dünya > KÜRDLƏR TÜRKİYƏNİ TƏHDİD EDİRLƏR

KÜRDLƏR TÜRKİYƏNİ TƏHDİD EDİRLƏR


28-07-2012, 13:20
KÜRDLƏR TÜRKİYƏNİ TƏHDİD EDİRLƏR

BƏŞƏR ƏSƏD ATASININ YOLUNA QAYITDI

DİA.AZ: - Türkiyənin «Doğan» xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə-Suriya sərhəddində yenidən PKK-nın hərbi düşərgələrinin yerləşdirilməsi qərarı verilib. DİA.AZ-ın sözügedən mənbəyə istinadən verdiyi xəbərdə vurğulanır ki, bu barədə qərarı rəsmi Dəməşq verib.

Məlumata görə, PKK-çı kürdlər Qamışlı, İdlib və Ayn-Əl-Ərəb həmsərhəd rayonlarında yerləşdiriləcəklər. Hətta onlara Suriya prezidenti Bəşər Əsəd tərəfindən maliyyə yardımı da vəd edilib.

Təbii ki, bölücü kürdlərin Türkiyə ilə həmrəshəd rayonlara nədən yerləşdirilmələrinin səbəbi hər kəsə aydındır. Xatırladaq ki, sonuncu dəfə bölücü kürdlər 13 il əvvəl həmin ərazilərdə olub və Bəşər əsəd atası - Hafiz Əsədin ölümündən sonra kürdləri ölkəsindən çıxarıb.

Geri qayıt