Əsas Səhifə > Partiya > HAKİMİYYƏT MÜXALİFƏTİN QEYDİNƏ QALIR

HAKİMİYYƏT MÜXALİFƏTİN QEYDİNƏ QALIR


27-10-2011, 13:07
HAKİMİYYƏT MÜXALİFƏTİN QEYDİNƏ QALIR

MİTİNQ ÜÇÜN TƏKLİF EDİLƏN MEYDAN TƏMİR OLUNUB

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Azərbaycanın müxalifət partiyalarına aksiya keçirmək üçün təklif olunan Səbail rayonunun ərazisində yerləşən 6 saylı sürücülük məktəbinin həyətindəki meydan təmir olunub.

APA-nın xəbərinə görə, bu barədə Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Əsgərov məlumat verib. O bildirib ki, meydanla yanaşı, 6 saylı sürücülük məktəbi də təmir edilib. A. Əsgərov müxalifət partiyalarının həmin meydanda aksiya keçirə biləcəyini söyləyib.

Qeyd edək ki, 6 saylı sürücülük məktəbinin həyətindəki meydan kütləvi tədbirlərin, aksiyaların keçirilməsi üçün BŞİH tərəfindən rəsmi qaydada ayrılan yerlər sırasındadır.

Müxalifət partiyaları şəhərin mərkəzində aksiya keçirmək üçün BŞİH-ə müraciət edərkən, adətən onlara həmin meydan təklif edilir.


Geri qayıt