Əsas Səhifə > Hadisə > QƏBƏLƏ-AĞDAŞ YOLUNDAN MAŞIN DƏRƏYƏ UÇUB

QƏBƏLƏ-AĞDAŞ YOLUNDAN MAŞIN DƏRƏYƏ UÇUB


28-07-2012, 12:20
QƏBƏLƏ-AĞDAŞ YOLUNDAN MAŞIN DƏRƏYƏ UÇUB

SÜRÜCÜ VƏ BİR SƏRNİŞİN AĞIR YARALANIB

Qəbələ-Ağdaş avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ağır xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə yolun 21-ci kilometrliyində, Qəbələnin Hacallı kəndi ərazisində qeydə alınıb. Qəbələ sakini, 1982-ci il təvəllüdlü Salmanov Zabil İnqilab oğlunun idarə etdiyi 55-BL-299 dövlət nömrə nişanlı “VAZ 2109” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq arxa düşüb.

Hadisə nəticəsində yararsız hala düşən avtomobilin sürücüsü Z. Salmanov, sərnişin - 1972-ci il təvəllüdlü Məmmədov Hicran Məmməd oğlu ağır dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bir nəfər yaralı isə xəstəxanada ambulator müalicə alaraq evə buraxılıb. Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Geri qayıt