Əsas Səhifə > Şou-biznes > “AY YAZIQ İNSANLAR”...

“AY YAZIQ İNSANLAR”...


27-07-2012, 12:08
“AY YAZIQ İNSANLAR”...
“SƏSİM OLMASAYDI, MƏNİ HABİL ƏLİYEV, RƏŞİD BEHBUDOV BƏYƏNMƏZDİ”

Qəribə zamanda yaşayırıq. İndi çox şey alınır və satılır, hətta incəsənət də. Nə qədər ağır səslənsə də, artıq tamaşaçı sevgisi də hərrac predmetinə çevrilib. Bu sərt ittihama görə məni qınamağa tələsməyin. Razılaşın ki, indi gündəmdə qalmaq üçün mütləq radio və televiziya efirlərinin, ümumən mətbuatın arzulanan qonağı olmalısan. Yalnız bu halda tamaşaçı səni unutmayacaq. Bunun üçünsə cibin sənətindən qat-qat böyük olmalıdır.

Bugünkü qonağımla da həmin mövzuya toxunduq. Söhbət zamanı onun həyat dəftərcəsini vərəqləməyi də unutmadıq.

- Özünüz haq­da mə­lu­mat ve­rər­diniz?

- Mən Səbinə İlyasova h­eç vaxt heç kimə tə­vəl­lü­dümü de­mə­mi­şəm. Bu gün sizə deyəcəm. 1959-cu il­də­nəm, 52 ya­şım var. Əs­lim Xı­zı­dan­dır, Si­yə­zən­də ana­dan ol­mu­şam. 24 ya­şın­da 1 oğ­lum var.

Asəf Zey­nal­lının mu­si­qi sin­fi­ni bi­tir­mi­şəm. Nə­ri­man Əli­ye­vin tə­lə­bə­si ol­mu­şam. 33 il­dir pe­şə­kar sə­nət­də­yəm. "Dan Ul­du­zu"nun so­lis­ti ol­mu­şam. 1983-cü il­dən Xan­kəndin­də Mu­ğam Mü­sa­bi­qə­si­nin so­lis­ti ol­mu­şam. 1980-ci il­də Alim Qa­sı­mov 1-ci olub. 1983-cü il­də 1-ci ye­ri Mu­ğam mü­sa­bi­qə­sin­də mən tut­mu­şam. Mət­bu­at mən­dən ya­z­dı. Bu­nu da Rə­şid Beh­bu­dova çat­dı­rıblar. O vax­t rəh­mət­lik Rə­şid Beh­bu­dov so­list ax­ta­rır­dı. Heç ki­min sə­si­ni bə­yən­mir­di. Elə ol­du ki, mə­nim ifam Rə­şid mü­əl­li­min xo­şu­na gəl­di. Çün­ki xa­ri­ci öl­kə­lə­rə qas­trol sə­fər­lə­ri­nə ge­dir­di. İn­san ye­mək ye­yən­də çən­gəl-bıça­ğı ne­cə tu­tur­sa, Rə­şid mü­əl­lim ona ki­mi fi­kir ve­rir­di. Əsas səh­nə mə­də­niy­yə­ti, gö­zəl səs tem­bri­nə gö­rə mə­ni qə­bul elə­di. İlk də­fə Fü­zu­li ra­yo­nu­na get­dik. Oxu­dum səh­nə­də, çox bə­yən­di. 1989-cu ilə qə­dər - Rə­şid Beh­bu­dov rəh­mə­tə ge­də­nə ki­mi onun ansamblının so­lis­ti ol­dum. İna­nın, hər­dən təd­bir­lər olur, ge­di­rəm. Səh­nə hə­min səh­nə - otaq­lar hə­min otaq. Gö­zü­mün qa­ba­ğın­dan ke­çir Rə­şid mü­əl­lim. Hər də­fə köv­rə­li­rəm, yer ta­pa bil­mi­rəm özü­mə. O abı-ha­va üçün da­rı­xı­ram, evə gə­lən ki­mi ağ­la­yı­ram. İn­di hər şey baş­qa cür olub. Rə­şid mü­əl­li­min abı-ha­va­sı yox­dur. Çox xoş­bəx­təm ki, Rə­şid mü­əl­lim­lə bir səh­nə­ni pay­laş­mı­şam. Çox­la­rı Rə­şid mü­əl­lim­lə bir səh­nə­də ol­maq üçün həs­rət çə­kib­lər.

- Ne­cə ol­du ki, bu sə­nə­ti seç­di­niz?

- Mən uşaq­lıq­dan oxu­mu­şam. Anam rəh­mət­lik bağ­ça mü­di­rə­si idi, hə­mi­şə də xor­da mən oxu­yur­dum. Bö­yü­dük­cə fi­kir­lə­şir­dim ki, anam mü­dir­dir de­yə, mə­ni oxu­dur­lar. Son­ra gör­düm ki, get­dik­cə bü­tün təd­bir­lər­də mən oxu­yur­am. İlk mü­əl­li­mim Nə­ri­man mü­əl­lim olub. Düzü, bir az ai­lə prob­le­mim ol­du, sə­nə­tim­də boş­luq ya­ran­dı. İn­di is­tə­yi­rəm o boş­lu­ğu dol­du­rum. İn­di ba­xır­san ofi­si­ant iş­lə­yən, ma­ğa­za­da iş­lə­yən, apa­ra­tu­ra da­şı­yan da bu sə­nə­tə gə­lir. Mən heç ki­mi qı­na­mı­ram. Am­ma mə­nim is­te­da­dım olub ki, bu sə­nət­də­yəm. Mu­si­qi sa­va­dım güc­lü­dür. Əv­vəl­lər bir ka­nal var idi - Az TV. H­ər mu­si­qi­çi­ni, oxu­ya­nı rəh­mət­lik El­şad Qu­li­yev qoy­maz­dı çı­xıb oxu­sun, cid­di ya­na­şar­dı. İn­di isə sə­si olan da, olma­yan da, sə­nət­dən xə­bə­ri ol­ma­yan da bu sə­nət­də­dir. Mən bu sə­nə­tə gə­lən­də qar­da­şım, atam na­ra­zı ol­du­lar. Son­ra elə ol­du ki, qar­da­şım təh­si­li ilə bağ­lı Le­nin­qra­da get­di. H­əmin ili anam məni Asəf Zey­nal­lı­ya, rəh­mət­lik Nə­ri­man mü­əl­li­min ya­nı­na apardı. O da mə­nə "Ba­ya­tı-Kür" mu­ğa­mı­nın bir par­ça­sı­nı öy­rət­di, be­ləcə mən qə­bul ol­dum. Ana­mın gö­zəl sə­si olub. 3 il­ keçdi. Qar­da­şım gə­lən­dən son­ra na­ra­zı­lıq et­mək is­tə­di, anam irə­li dur­du, "mə­nə oxu­maq qis­mət ol­ma­dı, heç ol­ma­sa qı­zım oxu­sun" - de­di və be­lə gəl­dim bu sə­nə­tə, son­ra ta­nın­dım. 33 il­dir sə­nət­də­yəm, hə­lə fəxri adım yox­dur.

- Bə­zi mü­ğən­ni­lər var ki, si­zin oxu tər­zi­ni bə­yən­mir. Onlara mü­na­si­bə­ti­niz ne­cə­dir?

- Mə­ni kim­sə bə­yən­mir, bu tə­bii­dir. Am­ma han­sı­sa sə­nə­ti ol­ma­yan bə­yən­mir­sə, mən elə­lə­ri­ni say­mı­ram. Çün­ki elə­lə­ri­nin sə­nə­ti yox­dur. Mən bu sə­nət­də uğur qa­zan­mı­şam. Sə­nət­kar­lar o sö­zü de­yə bil­məz­lər. 1 gün rəh­mət­lik H­acı­ba­ba H­üsey­no­vun dər­si­nə gəl­mə­yən­də mən­dən kü­sür­dü. Bi­lal Əli­yev­lə bir yer­də təh­sil al­mı­şam. H­amı şa­hid­dir. Kim­sə 1-ci par­ta­da otu­ran­da müəllim dur­ğu­zub mə­ni otur­du­r­du. H­amı­ya da de­yir­di ki, bu­ra Sə­bi­nə­nin ye­ri­dir. Mə­ni Emel Sa­ya­na ox­şa­dır­dı. Oxu­yan­da heç vaxt bə­zi­lə­ri ki­mi rəqs et­mə­mi­şəm. Səh­nə mə­də­niy­yə­ti­nə üs­tün­lük ver­mi­şəm. Emel Sa­yın da hə­mi­şə oxu­yan­da cid­di olub. Mə­nim 3 ok­ta­va­lı səs­lə oxu­ma­ğım hə­mi­şə hamını heyran edib. İn­di zi­lə qal­xır­san, de­yir­lər, qış­qı­rır. O bəd­bəxt­lər bil­mir­lər ok­ta­va nə­dir. Sə­sin tem­b­ri ol­ma­lı­dır. İn­di­ki­lə­rin 99%-i da­nı­şıq tem­b­ri ilə oxu­yur. İfada ancaq qar­mo­nun, klar­ne­tin, skrip­ka­nın sə­si eşidilir. Əvvəl­lər ra­dio­da qu­laq asır­dın, bi­lir­din ki, oxu­yan kim­dir. İn­di isə qə­tiy­yən se­çil­mir səs­lər. H­amı­sı bir-bi­ri­nə ox­şa­yır. Qu­laq asan­da da elə bil da­nı­şır­lar. Bə­zi­lə­ri çox sa­vad­sız­dır, ina­nın, ürə­yim ağ­rı­yır. Ay ya­zıq in­san­lar, sə­sim ol­ma­say­dı, məni H­abil Əli­yev, Rə­şid Beh­bu­dov bə­yən­məz­di­, 1983-cü il­də Mu­ğam Mü­sa­bi­qə­si­nin lau­rea­tı ol­maz­dım. Məni bəyənməyənləri də canlı ifa ilə duelə çağırıram.

- Uşaq­lığınızı necə xatırlayırsınız?

- Ev­də pia­ni­no var idi, ifa edə bil­mir­dim. Öz-özü­mə oxu­yur­dum. H­eç ya­dım­dan çıx­maz, rəhmət­lik qar­da­şım əsə­bi hal­da de­yir­di, bun­dan mü­ğən­ni ola­caq. Mə­ni dö­yür­dü, ağ­la­ya-ağ­la­ya qış­qı­rır­dım, onun da ürə­yi yum­şa­lır­dı. Mən də de­yir­dim, mən mü­ğən­ni ola­ca­ğam - Zey­nəb Xan­la­ro­va ola­ca­ğam.

- Oxu üs­lu­bu­nuz melizm­lə­rin zən­gin­li­yi ilə se­çi­lir. H­ət­ta bə­zən bir mah­nı­da həd­dən çox xır­da­lıq­lar edir­si­niz. Sə­bəb nə­dir?

- Rəh­mət­lik Nə­ri­man Əli­yev hə­mi­şə de­yir­di ki, sə­nə ske­let ve­ri­rəm, onu ət­lə dol­dur. Sə­nin ürə­yin ol­ma­lı­dır, bey­nin ol­ma­lı­dır. Deməz­dim çox xır­da­lıq edi­rəm, çox xır­da­lıq et­mə­yin ye­ri yox­dur. H­ər mah­nı ürək tə­ləb edir. Bir mah­nın ürək­siz oxun­sa, ki­mə la­zım­dır? H­eç ki­mə. İna­nın, elə olur stu­di­ya­da 10 də­fə oxu­yu­ram, mah­nı­dan bəs­tə­kar, re­jis­sor ra­zı­dır, mən yox. Tə­zə­dən ifa edi­rəm ki, bu his­sə xo­şu­ma gəl­mə­di. Özüm­də hə­mi­şə yenilik ax­ta­rı­ram. Ya­zı­ğım gə­lir bə­zi mü­ğən­ni­lə­rə. Çox gö­zəl mah­nı­la­rım var. Qoy han­sı­sa mü­ğən­ni gö­tü­rüb oxu­sun da. Çə­tin oxu­sun. Çün­ki qə­liz, çə­tin mahnılardır. Ürək la­zım­dır, səs la­zım­dır.

- Sizcə sə­nət­dən sui-is­ti­fa­də edib pul qa­zan­maq olar?

- Şou-biz­nes­də əsas mad­diy­yat­dır. Pu­lun yox­dur­sa, sə­nə­ti­ni nü­ma­yiş et­di­rə bil­məz­sən. Ürə­yim part­la­yır ki, pu­lum yox­dur, la­yi­hə­lər­lə üzə çı­xa bil­mi­rəm. Bir tə­rəf­dən pu­la nif­rət edi­rəm, bir tə­rəf­dən se­vi­rəm. Pu­lu ol­ma­yan in­san məhv olur. Arzularımı yal­nız xə­yal­la­rım­da qu­ru­ram. Mə­nim nə im­ka­nım, nə də sponsorum yox­dur ki, la­yi­hə üzə­rin­də ça­lı­şım.

- Sirr de­yil­sə, toy­la­ra ne­çə­yə ge­dir­si­niz?

- İlk də­fə sizə de­yi­rəm. Bə­zi mü­ğən­ni­lər var ki, de­yir, 4 mi­nə, 5 mi­nə ge­di­rəm, on­lar ki­mi ya­lan de­mə­yə­cəm. Toya 1 sa­at­lıq 300 ma­na­ta, bü­tövlükdə 500 ma­na­ta ge­di­rəm. Az ye­yi­rəm, gün­də ye­yi­rəm. Qal­dı ki, 2 mi­nə ge­dən mü­ğən­ni­lə­ri toya 400-500 manata aparmışam. Ge­dən­də de­yir ki, de­mə bu qiy­mə­tə gəl­mi­şəm. Gə­rək ya­lan da­nış­ma­ya­san.

- Mən­də olan mə­lu­ma­ta gö­rə, si­z toyların birində ev yi­yə­si ilə bö­yük prob­lem ya­şa­mı­sı­nız. Mümkünsə, bu məsələyə aydınlıq gətirərdiniz.

- H­ar­dan bil­di­niz? Çox ma­raq­lı­dır mə­nə. Şəm­kir­də olub bu hadisə, ya­lan de­mə­yə­cəm. To­yun or­ta­sın­da bir kişi içib gə­lib de­di ki, mə­nim­lə oy­na­ya­caq­san. De­dim, oy­na­ma­ya­ca­ğam, mən rəq­qa­sə de­yi­ləm. Bir də gör­düm ki, bü­tün apa­ra­tu­ra­nın ş­nur­la­rı­nı qı­rıq-qı­rıq eləyib. Mə­ni pa­lat­ka­nın ar­xa­sın­a qa­çırt­dı­lar.

Bir dəfə də Şəmkir toyunda bir paç­ka pul qoy­dular qarşıma. Dedilər ki, "Bu ge­cə" mah­nı­sı­nı "beyjə" oxu, de­dim, oxu­mu­ram. On­da da da­va düş­dü.

- İlk sev­gi­niz ne­çə ya­şın­da olub?

- Or­ta mək­təb­də olub.

- Se­vib ai­lə qur­du­nuz?

- Mən he­sab edi­rəm ki, sev­gi boş şey­dir, gə­rək­ hör­mət edə­sən. İn­di se­vgi ilə qurulan ailələrin 99%-i da­ğı­lır. Sə­bəb də odur ki, ni­yə mə­nə qarşı diq­qət­li de­yil? Söz-söh­bət­lər olur, ai­lə da­ğı­lır. Mə­nim hə­yat yolda­şım Oq­tay İs­ma­yı­lov­dur. Mən sev­mə­mi­şəm, hör­mə­tim olub, ai­lə qur­mu­şam.

- Bəs ne­cə ol­du ki, Oq­tay mü­əl­lim­lə ta­nış ol­du­nuz, ai­lə qur­du­nuz?

- Mən in­di­yə ki­mi xoş­la­ma­mı­şam ai­ləm haq­qın­da da­nı­şım, am­ma ye­nə si­zə de­yi­rəm. Mə­nim yol­da­şım çox sa­vad­lı, aris­tok­rat in­san­dır. O vaxt Ra­fiq Ba­ba­yev Rə­şid Beh­bu­dov adı­na Mah­nı Te­at­rın­da rəh­bər idi. O rəh­mə­tə get­di. Bir müd­dət Rə­şid mü­əl­lim Ra­fiq Ba­ba­ye­vin ye­ri­nə mu­si­qi­ni də­rin bi­lən ax­ta­rır­dı. Elə ol­du ki, mə­nim yol­da­şı­mı məs­lə­hət gör­dü­lər. O da o vax­t xa­ric­də ya­şa­yır­dı. İnanın, çox sa­vad­lı mu­si­qişü­nas­dır. Rə­şid mü­əl­lim te­leq­ram vur­du, elə ol­du ki, Oqtay bi­zə rəh­bər gəl­di. Bir gün qız­lar de­di ki, Ra­fiq Ba­ba­ye­vin ye­ri­nə tə­zə rəh­bər gə­lib, mən gü­ldüm, de­dim, onun ye­ri­nə kim gəl­sə də, onun ki­mi mu­si­qi­ni bil­məz. Bir gün ha­ra­sa ge­dir­dik. H­amı min­di av­to­bu­sa. Qızlar onu mənə gös­tər­di­lər. Dedim, bu ca­van oğ­lan­dır, bu nə bi­lir mu­si­qi nə­dir? Son­ra za­man keç­dik­cə gör­düm ki, çox sa­vad­lı, in­tel­lek­tu­al insandır, güc­lü aran­ji­man­çı­dır. Birlikdə Al­ma­ni­ya­ya sə­fə­rə get­dik. H­amı gör­dü ki, onun mə­nə qarşı fik­ri baş­qa cür­dür, mə­ni se­vir. Ka­man­ça ifa­çı­sı Şə­fi­qə Ey­va­zo­va mə­nə de­di ki, gö­zəl, sa­vad­lı, tər­bi­yə­li oğ­lan­dır. Mən də gö­tür-qoy et­dim. Fikirləşdim, gö­zəl ai­lə­miz ola bi­lər. Şü­kür bu gü­nə. Ai­lə qur­dum, 1 oğ­lum var 24 ya­şın­da. Xa­ric­də oxu­yur. Ma­gist­rdır. Bi­tir­sin, inşAl­lah, ev­lən­di­rə­cəm. Çox şü­kür, gö­zəl ai­ləm var.

- Görəsən, qa­dın mü­ğən­ni­lə­rin tez bir za­man­da par­la­ma­sı­na sə­bəb nə­dir?

- Ma­ddiy­yat, bir də spon­sor­dur. Bu də­qi­qə bü­tün efir­lər pul­lu­dur. Bir də ki, rek­la­mın ol­sun. Bi­zim ta­ma­şa­çı­ gö­rür ki, ki­min rek­la­mı çox güc­lü ge­dir, de­yir, o yax­şı­dır. Daha de­mir­lər ki, sə­nə­ti yox­dur. İna­nın, bu sə­nət alə­min­də çox çir­kin­lik­lər var. Mən hər ad­dı­mım­da ai­lə­mi fi­kir­ləş­mi­şəm. İs­tə­mə­mi­şəm oğ­lu­mun ba­şı aşa­ğı ol­sun.

- Adə­tən sponsorlar mü­ğən­ni­lər­lə eyş-iş­rət ya­şa­yır. Bəs si­zə be­lə tək­lif gəlib­mi?

- Olub, rədd elə­mi­şəm. Bu ya­xın­lar­da veri­liş­dən çıx­mı­şdım, gör­düm mo­bil telefonuma zəng gəlib. Baxdım ki, bir im­kan­lı ki­şi­dir. Deyir, bəs si­zə 9 hek­tar tor­paq hə­diy­yə edi­rəm, si­zə dəs­tək olu­ram. Tə­bii ki, mən rədd elə­dim. O gün­lə­ri oğ­lu­ma de­yi­rəm ki, in­şAl­lah, 33 illik zəh­mə­ti­min bəh­rə­si­ni qa­za­nıb ad alıb, üçlük­lə mu­ğa­ma ke­çə­cəm, heç bir toy­la­ra getmə­yə­cə­m. Fikrim qətidir, yal­nız mu­ğam­la efir­lə­rə çı­xa­cam, şou-biz­ne­sə də qa­tıl­ma­ya­ca­ğam.

- Bu yaxınlarda dip­lom­unuzla bağ­lı prob­lem ya­şan­mışdı. Bu hadisə si­zi qı­cıq­lan­dır­ma­dı ki?

- Çox qı­cıq­lan­dım. "Gü­nə­ba­xan"da qo­naq ol­dum, sö­zü­mü de­mək is­tə­dim, ab­rı­mı qo­ru­dum, is­tə­mə­dim efir­dən nü­ma­yiş et­di­rim. Verilişdə bir çox la­zım­sız mü­ğən­ni­lər qal­dı kənarda, dedilər, ilin due­ti ni­yə mə­nə ve­ri­lib? Mü­za­ki­rə mən ol­dum. Fi­kir­ləş­mə­di­lər ki, 33 ilin sə­nət­ka­rı­yam. Ev­də o qə­dər dip­lo­mum var, sa­yı-he­sa­bı yox­dur. Nə də pul ve­rib dip­lom al­ma­mı­şam. Na­il o vax­t ka­sıb oğ­lan idi, həm jur­na­list idi, həm mən ona mü­sa­hi­bə ve­rir­dim. Mən heç ki­min qəl­bi­ni qır­mır­dım. Klip çək­di mə­nə tə­mən­na­sız, son­ra da dip­lom ver­di. Na­il mə­nim sənə­ti­min vur­ğu­nu olub. H­əmi­şə nə­sə ye­ni bir mah­nım olan­da ma­raq­la­nır­dı. Bir söz­lə, fa­na­tım olub. İn­di mə­nim sö­züm "Zo­li­kə­di". Sə­nin mu­si­qi­dən xə­bə­rin yox, bi­lik sə­viy­yən nə­dir? Özü­nə rek­lam is­tə­yir­di, mə­nim adı­mı çək­di, özü­nü rek­lam et­di. Sən sum­kada­şı­yan­san, heç kim­sən mənim üçün. Elə in­san­lar mə­nim üçün də­yər­sizdir. Utan­maz-utan­maz de­yir, gə­rək Na­tə­va­na ve­ri­lər­di. Deyir, Sə­bi­nə xa­nı­ma bö­yük hör­mə­tim var, am­ma razılaşmıram ki, ilin due­ti ona verilib. Zo­lik, sən bəd­bəxt in­san­san, bu­nu mən Sə­bi­nə de­yi­rəm. Sən kim­sən axı mə­nim adı­mı çək­mi­sən? Sən heç bil­mir­sən özün nə­sən, get işin­lə məş­ğul ol. Mən ca­vab ve­rə bi­lər­dim, am­ma sus­dum. Bun­dan son­ra bir də mə­nim sə­nə­tim, özüm haqda nə­sə de­sə, onun­la­ bi­li­rəm ne­cə da­nı­şa­cam.

- Ni­yə bu qədər özü­nüz­dən ra­zı­sı­nız?

- İna­nın, bunu ha­mı de­yir. Am­ma ün­siy­yət qu­ran­dan son­ra de­yir­lər ki, su­per xa­siy­yə­tin var. Mən özü­mü dar­tan in­san de­yi­ləm.

- Pa­xıl in­san­sı­nız?

- İna­nın Al­la­ha, heç bir mü­ğən­ni­yə pa­xıl­lı­ğım yox­dur. Ağa­da­daş Ağa­yev bir də­fə bir söz de­di: “bu sə­nə­ti də, onun ru­zi­si­ni də Al­lah ve­rir”. Ni­yə kiməsə pa­xıl­lıq elə­mə­li­sən? Zə­if in­san pa­xıl olar. Mən qa­bi­liy­yə­ti se­və­nəm, heç vaxt zə­if ol­ma­ram, nə də heç ki­mə qarşı qıs­qanc­lıq və ya pa­xıl­lıq hissim var. Bax ne­çə ilin sənət­ka­rı­yam. Düz­dür, qı­cıq­la­nı­ram, am­ma göz­lə­yi­rəm. Fəxri ad almamağım mənə pis tə­sir edir.

- Ya­şa­maq üçün, daim sev­ib-sevil­mək üçün insana nə la­zım­dır?

- Mən­də sevgi hissi yox­dur. Dəli­cə­si­nə ancaq ba­la­mı və ba­cı­la­rı­mı se­vi­rəm. Rəh­mə­tə ge­dən qar­da­şı­mın ba­la­la­rı­nı se­vi­rəm. İna­nın, gün­də 20-30 də­fə dua edi­rəm ki, ay Allah, bi­zə dərd-qəm ver­mə. 10 ilin için­də ata­mı, ca­van qar­da­şı­mı, son­ra da ana­mı itir­dim (köv­rə­lir). Daha be­lə bir bə­la is­tə­mi­rəm. Ötən gün­lə­ri­mə dön­məzdim. Uşaqlıq, gənc­lik il­lə­rimə qayıtmazdım. Təkcə onu istəyərdim ki, anam, qar­da­şım ya­nım­da ol­sun. Həyatda çox əziy­yət çə­kmi­şəm. Bir də ba­xır­san, müğənni efir­də bu gün birini se­vir, sə­hər baş­qa­sı­nı. Ne­cə ba­ca­rır­lar onu, bil­mi­rəm, mə­nə çat­mır.

- H­əyat si­zə nə öy­rət­di?

- Çox şey öy­rət­di. O gün Ni­sə Qa­sı­mo­va­ya de­yi­rəm ki, elə bil ruham, in­san için­də ya­şa­mı­ram, qı­raq­dan ba­xı­ram. Adi toy­da oxu­yu­ram, bir də gö­rü­rəm bir mah­nı­nın üs­tün­də bir-bir­lə­ri­ni qı­rır­lar. Fikirləşirəm, axı bu dün­ya­da heç nə əbədi deyil. Hə­ya­ta baş­qa cür ba­xı­ram, ləzzət eləmir mə­nə. H­əyat­da səhvsiz in­san ol­mur. Mən də səhv­lə­rə yol ver­miş­əm.

- Bu sə­nə­tə nələri qur­ban ver­di­niz?

- Bir çox şe­yi qur­ban ver­dim - oğ­lu­mun qar­da­şı yox, ba­cı­sı yox. İn­di mə­nim­lə da­la­şır ki, ni­yə mə­nim ba­cım yox­dur, qar­da­şım yox­dur? Gü­na­h mən­də­dir. O qə­dər kol­xoz­da, sov­xoz­da, pam­bıq­da ge­dib oxu­dum, 3 gün ke­çir­di baş­qa öl­kə­yə ge­dir­dik. 18 gün uşa­ğı­mı süd­dən ayır­dım, get­dim Ru­mın­iya fes­ti­va­lı­na. Döşüm şiş­di, əmə­liy­yat ol­dum. Tə­zə­dən ye­nə Tür­ki­yə­də əmə­liy­yat ol­dum. Mü­ba­riz Ta­ğı­ye­vin hə­yat yol­da­şı Sve­ta mə­nə kö­mək edir­di, pal­ta­rı­mı çı­xar­da bil­mir­dim, ağ­rı­dan ağ­la­ya-ağ­la­ya gö­zü­mün ya­şı­nı si­lir­dim, sonra səh­nə­yə çı­xır­dım (köv­rə­lir). Bu 33 il­də əmə­yi­min nə­ti­cə­si­ni görmürəm, hə­lə də ad al­ma­mı­şam. Ca­nım çı­xıb bu yol­da, ci­bim üçün oxu­ma­mı­şam ki.

- H­əya­t kitabçanızda boş qa­lan səhifələr varmı?

- H­ər şey boş­dur mə­nim üçün. Anam 7 ay­dır rəh­mə­tə ge­dib, hər gün ağ­la­yı­ram. Bal­ko­na çı­xı­ram, qar­da­şı­mı­n evi üz­bə­üz. Ba­xı­ram, ma­şı­nı hə­yət­də yoxdur. Ata­mın saa­tı­nı sax­la­yı­ram. Mə­nim üçün hər şey boş­dur.

- Bəs qal­ma­qal nə de­mək­dir si­zin üçün?

- Düz­dür, mən qalmaqaldan uza­ğam, am­ma kim mə­nə ili­şər­sə, qüv­vəm var ye­rin­də oturt­ma­ğa, gü­cüm də ça­tar. Tə­bii ki, necə lazımdırsa, ca­va­bını ve­rə­cəm.

- Sə­bi­nə İlyasova ən çox ki­min ifa­sı­na qu­laq asır?

- Mu­ğam mü­sa­bi­qə­sin­də Ka­mi­lə Nə­bi­ye­vanın ifa­sı­nı çox din­lə­yi­rəm. H­ət­ta te­le­fo­na onun ifa­la­rı­nı kö­çür­mü­şəm, hər gün ona qulaq asıram. Ay­gün Bay­ra­mo­vaya, Kö­nül Xa­sı­ye­vaya, Nə­za­kət Tey­mu­ro­va­ya, Alim Qa­sı­mo­va qu­laq ası­ram.

- Şə­la­lə nə de­mək­dir sizin üçün?

- Əsə­bi sa­kit­ləş­di­rir. O gün oğ­lu­ma de­yi­rəm ki, is­tə­yi­rəm İs­ma­yıl­lı­ya ge­dim, şə­la­lə var or­da, ge­dim ba­xım. Çox ro­man­tik in­sa­nam, nə­dir.

Geri qayıt