Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEV ƏLİ ABBASOVA QARŞI
RÖVNƏQ ABDULLAYEV ƏLİ ABBASOVA QARŞI26-07-2012, 13:40 |
ARDNŞ ŞEFİNİN QOHUMU “AZƏRPOÇT”U MƏHKƏMƏYƏ VERDİ “Azəriqaz” İstehsalat Birliyi “Azərpoçt” MMC-ni məhkəməyə verib. Buna səbəb rabitə müəssisəsi tərəfindən qaz kəmərlərinin mühafizə zolağında qanunsuz tikinti işlərinin aparılmasıdır. Bu barədə mia.az-a verilən məlumata görə, tərəflər arasındakı məhkəmə çəkişməsi hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə araşdırılır: « “Azəriqaz” İstehsalat Birliyinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində iddia ərizəsi təmin edilmədiyindən, qərardaddan apellyasiya şikayəti verilib. Bu gün birliyin “Azərpoçt”a qarşı şikayətinə baxılacaq». Fakt məhkəmədən təsdiqlənib. Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin sədri ARDNŞ prezidenti Rövnəq Abdullayevin yaxın qohumu Əkbər Hacıyev, MMC-nin baş direktoru isə Qənbər Bəybəlayevdir. Geri qayıt |