Əsas Səhifə > Siyasət, Manşet > QƏRİB MƏMMƏDOVUN ADAMI QAN UDDURUR

QƏRİB MƏMMƏDOVUN ADAMI QAN UDDURUR


26-07-2012, 13:25
QƏRİB MƏMMƏDOVUN ADAMI QAN UDDURUR

MASALLIDA 9 KƏNDİN SAKİNLƏRİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ

DİA.AZ: - Masallılar növbəti dəfə Prezidentə müraciət edəcəklər. Bu barədə məlumat DİA.AZ-a adıkeçən rayondakı qaynaqlar tərəfindən ötürülüb.

Məlumatda deyilir ki, Dövlət Torpaq və Xəritəcəkmə komitəsinin Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyev vətəndaşlara qan uddurmaqda davam edir.

Məlum olduğu kimi bir müddət öncə Masallı rayonunun Xəlfələr, Yeyənkənd, Tatyanoba, Güllütəpə, Yelağac, Yeni Zuvand, Oncakələ, Təzə Alvadı və Köhnə Alvadı kənd sakinləri olaraq, onlar dövlət başçısından yardım istəyirlər. «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin müdiri Hamil Hadıyev özbaşınalıqla məşğuldur. Vətəndaşlara məxsus paybəlli torpaqların zorla başqalarına icarəyə verən şöbə müdiri insanlar arasında ciddi narazılıq yaratmaqla yanaşı, həm də dövlətin yürütdüyü siyasətə qarşı çıxır».

Rayon sakinlərinin verdiyi məlumata görə müraciətdən 2 aya yaxın vaxt kecməsinə baxmayaraq heç bir tədbir görülməyib. Bəlli olur ki, sən demə, Hamil Hadiyev qisas almaq eşqi ilə yaçayırmış. Belə ki edilən müraciətdən sonra həmin şəxslər barədə bir-bir məlumat toplayaraq həmin insanları polis vasitəsi ilə qorxudaraq öz niyyətini həyata keçirib. Yəni paybəlli torpaqları imkanlı adamlara satmaqda hələ də davam edir.

Bundan əlavə, yerli sakinlər sula verirlər ki, bu ölkədə niyə bir nəfər Hamil Hadıyevin havadarlarına güc gəlib hətda Prezident İlham Əliyevin ünvanına ünvanlanmış məktubların qarşısını ala bilir. Sakinlər artıq səbr kasalarının daşdığını da söyləyərək, Bakıya yürüş edəcəklərini də vurğuladılar.

Geri qayıt