Əsas Səhifə > Dünya > “HÜSNÜ MÜBARƏKİN DEVRİLƏCƏYİNİ GÖRƏ BİLMƏYƏNLƏR”...

“HÜSNÜ MÜBARƏKİN DEVRİLƏCƏYİNİ GÖRƏ BİLMƏYƏNLƏR”...


26-07-2012, 13:02
“HÜSNÜ MÜBARƏKİN DEVRİLƏCƏYİNİ GÖRƏ BİLMƏYƏNLƏR”...

DAVUDOĞLU SƏRT DANIŞDI

Misir ilə əlaqədar verdiyimiz ismarıcları tənqid edənlər, 1 ay sonra Hüsnü Mübarəkin devriləcəyini görə bilməyənlər, indi də Suriyaya ismarıclarımızı tənqid edir.

SalamNews-un “Habertürk”ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

Hökumətin xarici siyasətinə yönələn tənqidləri xatırladan Davudoğlu deyib: ''Amma tarix göstərir ki, zülm ilə abadlıq olmaz. Öz xalqına zülm edənlər, arxalarında hansı qüvvələr olursa olsun, hakimiyyətdə qala bilməz. Biz tarixi doğru oxuduq və doğru oxumağa davam edəcəyik. Bizi tənqid edənlərə üzümü tuturam. Biz keçən əsrdə, 100 il əvvəl hansı qardaşlarımızla, xalqlarla əlaqələrimiz qoparılıbsa, aramıza hansı divarlar tikilibsə, bu divarları bir-bir dağıdacağıq. Bu qardaşlarımızla əbədi dostluğumuzu təkrar bərqərar edəcəyik”.

Davudoğlu, Türkiyənin Suriya siyasətinin doğru olduğunu ifadə edərək, onlara ünvanlanan tənqidlərin bəzən ədəb çərçivəsinə sığmadığını deyib: “Xüsusilə ana müxalifət partiyası liderinin son dövrdəki çıxışlarını, hələ üstəlik Ramazan ayı yaxınlaşarkən istifadə etdiyi bu ifadələri də bir daha pisləyirəm”.

Geri qayıt