Əsas Səhifə > Şou-biznes > "ÖZÜMÜ XOŞBƏXT HİSS EDƏNDƏ”...

"ÖZÜMÜ XOŞBƏXT HİSS EDƏNDƏ”...


26-07-2012, 12:58
"ÖZÜMÜ XOŞBƏXT HİSS EDƏNDƏ”...

“DAHA ÇOX KALORİ İTİRİRƏM”

Xalq artisti Aygün Kazımova öz kalorilərini necə itirdiyindən söz açıb.

Müğənni yerli telekanallardan birinə açıqlamasında bildirib ki, son zamanlar işləri çox gərgindir və buna görə də kökəlmir.

"Özümü xoşbəxt hiss edəndə daha çox kalori itirirəm. Həmişə özümə qarşı sevgi hiss etmişəm. Depressiyaya düşəndə isə çoxlu yemək yeyirəm. Bu artıq məndən asılı olmur. İndi mən xoşbəxtəm və heç kim mənim əhvalımı korlaya bilməz", - müğənni əlavə edib.

A.Kazımova etiraf edib ki, əvvəllər bədəninin müxtəlif yerlərinin formasını dəyişirdi, indi isə bunu etmir.

"Əvvəllər dəyişmək istəyirdim və bunu edirdim. Sonra isə buna görə peşman olurdum", - o qeyd edib.

Geri qayıt