Əsas Səhifə > Şou-biznes > "BU ÜSULLA TOYLARDAN ÇOX QAZANIRAM"

"BU ÜSULLA TOYLARDAN ÇOX QAZANIRAM"


26-07-2012, 12:56
"BU ÜSULLA TOYLARDAN ÇOX QAZANIRAM"

ARZU RZAYEVİN YOXA ÇIXMASININ SƏBƏBİ MƏLUM OLDU

Arzu Rzayev birdən-birə musiqi üfüqlərindən yox olub.

Day.Az saytı onun yoxluğunun səbəbini öyrənib. Sən demə, müğənni biznesə girişib.

"Əvvəl necə oxuyurdumsa, indi də elə oxuyuram. Toylarla bağlı sifarişlərdən narazı deyiləm. Lakin etiraf etməliyəm ki, avtomobillərin təmiri, qazma qurğularının satışı biznesi mənə toylardan daha çox pul qazandırır", - müğənni qeyd edib.

Müğənni deyib ki, bu yaxınlarda 1952-ci il istehsalı olan "ZİM" markalı avtomobilin restavrasiyası üçün 15 min manat pul qazanıb.

"Məgər toyda oxumaqla kimsə bir toydan bu qədər pul qazana bilir?" - o qeyd edib.

Geri qayıt