Əsas Səhifə > Partiya > RƏSUL QULİYEVSİZ ALINMAYACAQ

RƏSUL QULİYEVSİZ ALINMAYACAQ


26-07-2012, 12:49
RƏSUL QULİYEVSİZ ALINMAYACAQ

MİRƏLİOĞLU DCUMH-UN BURAXILMA TARİXİNİ ELAN ETDİ

“Prezident seçkilərinə start verilən zaman Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının fəaliyyəti dayandırılacaq”.

Bu açıqlamanı APA-ya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. M. Mirəlioğlu deyib ki, prezident seçkiləri zamanı hər partiya öz işi ilə məşğul olacaq: “Öncədən razılaşdırılıb ki, seçki zamanı bir-birimizə qarşı qara piarla məşğul olmayaq. Ümumiyyətlə, hərəkatın prezident seçkisi ilə bağlı bu mövqeyi parçalanma deyil”.

M. Mirəlioğlu qeyd edib ki, hərəkat birmənalı şəkildə vahid namizəd məsələsini kənara qoyub: “Bu qurumun formalaşmasında ortaya qoyulan əsas məsələ ölkədə demokratik cəmiyyətin qurulması ideoloji xəttidir. Bu səbəbdən də hərəkatda vahid namizəd məsələsi arxa plana keçib. Hətta namizədlə bağlı məsələnin səsləndirilməsi fikrinin müzakirəsinin mümkünsüzlüyü qeyd olunub. Ümumiyyətlə isə prezident seçkiləri ilə bağlı bir çox partiyalarla söhbətlər aparılıb. ADP, Ümid Partiyası, VİP, ALP, bilavasitə Lalə Şövkətlə olan söhbətlərimizdə bu məsələ ciddi müzakirə olunub. Adıçəkilən partiyalar arasında ilkin fikir ayrılığı da prezident seçkisində namizədin müəyyənləşdirilməsi məqamı ilə bağlı olub”.

Geri qayıt