Əsas Səhifə > Hadisə > AZƏRBAYCANLI QADIN SAĞ ÇIXDI

AZƏRBAYCANLI QADIN SAĞ ÇIXDI


27-10-2011, 12:03
AZƏRBAYCANLI QADIN SAĞ ÇIXDI

VÜSALƏ 2 AY ƏVVƏL TÜRKİYƏYƏ ƏRƏ GEDİBMİŞ

Türkiyənin Van bölgəsində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkənlər arasında bir azərbaycanlının da olduğu müəyyənləşib. APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, 1,5 ay əvvəl Türkiyə vətəndaşı Murad Çalışkanla ailə quraraq Vanın Ərciş qəsəbəsinə köçən 20 yaşlı tibb bacısı Vüsalə Çalışkan zəlzələdən sonra dağıntılar altında qalıb. O, xilasedicilər tərəfindən qolu kəsilərək dağıntılar altından çıxarılıb.

Hazırda xəstəxanada olan V. Çalışkan başına gələnləri belə nəql edib: “Hər şey 5 saniyə içində oldu. Evimiz 6 mərtəbəli binanın 3-cü mərtəbəsində idi. Qonaqlar üçün mətbəxdə yemək hazırlayırdım. Təkanlar başladıqda bütün gücümlə qaçmağa başladım. Qapıya yaxınlaşarkən bina çökdü. Beton yığınlarının altında qaldım. Qolum betonların altında qaldığından hərəkət edə bilmirdim. Əvvəlcə qışqırıb kömək istəmədim, çünki yaşamaq istəmirdim. Sonra həyat yoldaşımın səsini duyunca qışqırıb xilasediciləri köməyə çağırdım. Boşluqda idim və rahat nəfəs ala bilirdim, amma çox qaranlıq idi. Xilasedicilər məni xilas etmək üçün 5 saat çalışdılar və mənə “qolunuzu kəsmək məcburiyyətindəyik” dedilər. Mən razılaşmadım və ölmək istədiyimi söylədim. Lakin həyat yoldaşım və həkimlər qolumun kəsilməsinə qərar verdilər”.

Qeyd edək ki, zəlzələ baş verərkən V. Çalışkanın həyat yoldaşı Murad evdə olmayıb.


Geri qayıt