Əsas Səhifə > Hadisə > BAKI SAXARAYA DÖNÜB

BAKI SAXARAYA DÖNÜB


26-07-2012, 12:04
BAKI SAXARAYA DÖNÜB

PAYTAXTDA 4 NƏFƏRİ ZƏHƏRLİ ƏQRƏB SANCIB

Dünən Bakıda 4 nəfəri zəhərli əqrəb sancıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, təcili yarıma müraciət edən üç nəfəri Bakının Qaradağ rayonunda, bir nəfəri isə Abşeron rayonunun Sulutəpə qəsəbəsində əqrəb sancıb. Sancmaya məruz qalanlardan iki nəfərin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdiriliblər.

Xatırladaq ki, bir neçə gün əvvəl də 2 yaşlı uşağı gürzə ilanı vurmuşdu.

Geri qayıt