Əsas Səhifə > Ölkə, Manşet > ETİBAR ƏLİYEVİN BOKT-Sİ DƏ ÇÖKDÜRÜLÜR
ETİBAR ƏLİYEVİN BOKT-Sİ DƏ ÇÖKDÜRÜLÜR25-07-2012, 13:55 |
“KRED-AQRO”DA GENİŞMİQYASLI KORRUPSİYA YOXLAMALARI DİA.AZ: - Şirvan Apellyasiya məhkəməsinin “KredAqro” bank olmayan kredit təşkilatının Cəlilabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı və həmin təşkilatdan daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. Məlum olduöu kimi bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Müəyyən edilib ki, qeyd edilən filialın sabiq müdiri Muradov Mirəli Mirhəsən oğlu və digərləri tərəfindən müştərilərdən alınmış kredit ödənişləri bank sisteminə mədaxil edilməmiş, eyni zamanda saxta sənədlər əsasında müxbir olduqları banklardan qanunsuz olaraq kreditlər götürülməklə mənimsənilib. Araşdırmalarla həmçinin müəyyən edilib ki, təşkilat ilə vətəndaş arasında 5 min manat məbləğində kredit alınmasına dair bağlanmış kredit müqaviləsi saxta olmaqla həmin sənədə vətəndaş tərəfindən imza edilməyib. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman vətəndaş Türkiyə Respublikasında olduğu halda bağlanmış saxta kredit müqaviləsinə əsasən bankdan həmin vətəndaşın adına 5 min manat məbləğində pul götürülərək mənimsənilib. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir. Xatırladaq ki, “Kred-Aqro”nun Cəlilabad filialındakı özbaşınalıqlarda bağlı DİA.AZ olaraq dəfələrlə məlumatlar vermişik. Indi isə aydın olur ki, bu iş rəsmi ünvanların da diqqətini cəlb edib. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, “Kred-Aqro”nun digər rayon filiallarında da oxşar təftişlər həyata keçiriləcək. Bu BOKT-də isə hazırda həbsdə saxlanılan “TexnikaBank”ın keçmiş sədri Etibar Əlieyvin də payçı olduğu məlumdur. Bunu xatırladan mənbəmiz bildirir ki, “KredAqro”nun mərkəzi ofisində də yoxlamaların aparılması barədə qərar verilib. Təbii ki, Etibar Əlieyvin həbsdə olması qeyd olunan qurumun təftişini daha da asanlaşdırıb. Geri qayıt |