Əsas Səhifə > Hadisə > QARDAŞIN KƏSDİYİ AĞAC BACINI ÖLDÜRDÜ

QARDAŞIN KƏSDİYİ AĞAC BACINI ÖLDÜRDÜ


25-07-2012, 13:03
QARDAŞIN KƏSDİYİ AĞAC BACINI ÖLDÜRDÜ

25 YAŞLI QIZ AĞACIN ALTINDA QALDI

Azərbaycanın Lerik rayonunda bədbəxt hadisə baş verib.

Lerik rayon Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə dünən saat 13.00 radələrində rayonun Peştətük kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Bəxtiyar Sabir oğlu Fətullayev meşə zolağında ağac kəsərkən, ağac onun bacısı, 1987-ci il təvəllüdlü Aytəmizin üstünə düşüb. Zərbənin ağırlığından 25 yaşlı qız hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Geri qayıt