Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD RUSİYAYA GÖNDƏRİLƏ BİLƏR

BƏŞƏR ƏSƏD RUSİYAYA GÖNDƏRİLƏ BİLƏR


25-07-2012, 11:54
BƏŞƏR ƏSƏD RUSİYAYA GÖNDƏRİLƏ BİLƏR

SURİYANIN YENİ HÖLUMƏTİ NECƏ OLACAQ?

"Bəşər Əsədin aqibətinin Qəddafi kimi olmaması üçün Suriya prezidentinin saxlanılmasından ötrü ölkə müəyyənləşdirilməlidir". Bunu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriya Milli Koalisiyasının kürd əsilli rəhbəri Əbdülbəsid Seyda ilə görüşündə bildirib.

Bundan başqa Davudoğlu Seydadan Suriyanın şimalında asılmış Kürdüstan bayrağının endirilməsini istəyib. Qeyd edək ki, danışıqların nəticəsi olaraq bütün Suriya müxalifətinin bir araya gəldiyi milli koalisiya Bəşər Əsədin saxlanılması üçün ölkələrlə danışıqlar aparacağını bəyan edib.

Tərəflər arasında aparılan görüşdə Bəşər Əsədin Rusiya dövlətinə göndərilməsi təklifi səslənib. Bununla yanaşı Əhməd Davudoğlu Suriyanın gələcək taleyi ilə bağlı da danışıb. Xarici işlər naziri bildirib ki, Suriya demokratik konstitusiya çərçəvəsində fəaliyyətini davam etdirməlidir. Bəşər Əsəddən sonra iqtidara sünni, şiə və hətta xristianlar da gəlməlidir.

Əhməd Davudoğlu bundan başqa Suriya müxalifətinin tutduğu şəhərlərdə PKK-nın və Kürdüstanın bayraqlarının asılması məsələsinə də münasibət bildirib. Türkiyə xarici siyasət idarəsinin başçısı qeyd edib ki, müxalifətin bu cür fəaliyyətini görən Bəşər Əsəd Türkiyəyə qarşı PKK kartından istifadə edir: “Suriya müxalifəti isə çalışmalıdır ki, Bəşər Əsədin bu cür təxribatına uymasın”.

Geri qayıt