Əsas Səhifə > Partiya > SÜLHƏDDİN ƏKBƏR ADP SƏDRİNƏ YANDIQ VERİR

SÜLHƏDDİN ƏKBƏR ADP SƏDRİNƏ YANDIQ VERİR


25-07-2012, 11:51
SÜLHƏDDİN ƏKBƏR ADP SƏDRİNƏ YANDIQ VERİR

“GÖRÜNÜR ARTIQ DÖZƏ BİLMƏYİB”

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna onun haqqında səsləndirdiyi ağır ittihamlara sərt cavab verib. O, S.Cəlaloğlunun eks-spiker Rəsul Quliyev və Sülhəddin Əkbərin ADP-dən qovulması ilə bağlı fikirlərinin qeyri-ciddi olduğunu bildirib.

“Bilirsiz Sərdar Cəlaloğlu gündəmdə qalmaq üçün bilmir nə etsin. İndi də durub bizim haqqımızda belə fikir söyləyir. Sərdar Cəlaloğlu durduğu yerdə belə fikir səsləndirməklə mənə və Açıq Cəmiyyət Partiyasına qərəzli münasibətini ortaya qoyur. Mən təəccüblənmirəm ki, Sərdar belə fikri söyləyib. Burada qeyri-adi şey yoxdur. Görünür artıq dözə bilməyib öz neqativ hisslərini ortaya qoydu.
Nə onun kimi qeyri-ciddi adama, nə də onun mənasız ittihamlarına cavab vermək istəyirəm. Gündəmdə qalmağın başqa yollarını tapa bilmədiyi üçün kimlərisə ittiham etməyə başlayıb. Belə qeyri-ciddi adama cavab vermək düzgün olmaz”, - deyə ACP sədri Modern.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Sərdar Cəlaloğlu “Yeni Müsavat”a müsahibəsində sabiq spiker Rəsul Quliyev və Sülhəddin Əkbərin vaxtilə ADP-dən qovulduğunu bildirib.

Geri qayıt