Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “İNCİ” MİRVARİ DEYİL...

“İNCİ” MİRVARİ DEYİL...


25-07-2012, 11:34
“İNCİ” MİRVARİ DEYİL...

İDDİA: BU KAFE ARTIQ KRİMİNAL MƏRKƏZƏ ÇEVRİLİR

“Əhmədli” metrostansiyasının yaxınlığında, bağın içərisində yerləşən “İnci” kafesi artıq kriminal təhlükə məkanına çevrilib. Bununla bağlı bir neçə gün əvvəl "gunxeber.com" saytı da məlumat yaymışdı.

Kafenin yaxınlığında yaşayan sakinlərin 7GUN.az-a verdiyi məlumata görə isə, bu kafedə gecə saatlarında tez-tez dava düşür və kafe təhlükə mənbəyidir.

Kafedə baş verənlər ətrafda yaşayan sakinlərin ona görə narazılığına səbəb olur ki, gecələr burada musiqi sədaları altında sərxoş gənclər toplaşır və bu da ərazidə yaşayanlar üçün ciddi problem yaradır.

Gecənin yarısına kimi kafenin fəaliyyət göstərməsi və musiqinin yüksək tonla davam etməsi isə vəziyyəti daha da kəskinləşdirib. Hətta sakinlər bir neçə dəfə buna etiraz etsələr də, buna əhəmiyyət verilməyib və kafe sahibləri vətəndaşları hədələməkdən belə çəkinməyiblər.

Bildirilir ki, burada kriminogen durum nəzarətdən çıxmaq üzrədir. Kafenin sahibinin isə Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın qohumu, hətta əmisi oğlu olduğu söylənilir.

Onların Xətai rayon İcra Hakimiyyəti tərəfindən himayə olunduğu da bildirilir. Ona görə də, edilən şikayətlər nəticə vermir. Yaxın günlərdə isə vətəndaşların problemlə bağlı Xətai rayon İcra Hakimiyyətinə kütləvi şəkildə şikayətə gedəcəkləri istisna edilmir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt