Əsas Səhifə > Güney Press, Araşdırma > İCRA BAŞÇISI HEYVANLARI GÜLLƏLƏTDİRİR

İCRA BAŞÇISI HEYVANLARI GÜLLƏLƏTDİRİR


25-07-2012, 11:24
İCRA BAŞÇISI HEYVANLARI GÜLLƏLƏTDİRİR

OĞUZDA MAL-QARA SAXLAMAQ QADAĞANDIR

Oğuzun icra başçısı Eyvaz Qurbanov əhaliyə zülm edir. Belə ki, rayon sakinləri güzaranlarını heyvandarlıqla qurmağa çalışırlar. Lakin icra başçısı onların başına oyun açır. TİA.AZ xəbər verir ki, bunu rayon sakinləri bildirirlər.

Məlumatda deyilir ki, E.Qurbanov icra başçısı təyin olunandan sonra rayonda mal-qara saxlanılmasına imkan vermir. Heç bir səbəb olmadan, otlaq yerlərində otlayan heyvanları «Rayonun imicini korlayır» adı altında «həbsə atır». Üstəlik, həmin heyvanların sahiblərini də 50 manat cərimə etdirir.

İşin ən qəribə tərəfi isə odur ki, Oğuzun icra başçısı heyvanları güllələtdirməkdən də çəkinmir. Rayon sakini bildirir ki, bu yaxınlarda Eyvaz Qurbanov rayonun mərkəzində iki heyvanı güllələtdirib.

Geri qayıt