Əsas Səhifə > Ölkə > MASALLIDA İQTİDARLA MÜXALİFƏT BİR ARADA
MASALLIDA İQTİDARLA MÜXALİFƏT BİR ARADA24-07-2012, 17:59 |
PARTİYALAR ƏYALƏTDƏ DİL TAPIR DİA.AZ: - 22 iyul 2012-ci il tarixdə Masallı Ziyalıları İctimai Birliyinin təşəbbüsü və təşkilatcılığı ilə rayondakı ictimai təşkilatların, siyasi partiyaların, geniş tərkibli ziyalıların iştirakı ilə “Bütün dövrlərdə ölkədə baş verən ictimai, siyasi, sosial vəziyyətə biganəlik, Ziyalı üçün cinayətdir” devizi altında “Ictimai, siyasi həyatımızda ziyalıların rolu və vəzifələri” mövzusunda seminar keçirilib. Qurumdan DİA.AZ-a verilən məlumata görə, çox saylı çıxışlarda ictimai, siyasi həyatımızda ziyalıların rolu və vəzifələri göstərilməklə,rayondakı ictimai durum, rayonun inkişafına əngəl olan problemlər, çıxış yolları göstərilməklə rayonumuzun inkişafında mühüm rol oynaya bilən təkliflər və fikirlər müzakirə olunub. Eyni zamanda çıxış edən YAP-nın, AXCP-nin, Müsavat partiyasının nümayəndələri və digər rayonun tanınmış ziyalıları, ümum rayon problemlərinin həllində səmərəli əməkdaşlıq formaları barədə fikir mübadiləsi aparılmaqla, çox səmimi münasibətlərin qurulması haqqında razılıq əldə edildi. Seminarda razılığa gəlindi ki, rayonun ümumi problemləri ilə bağlı, xüsusi ilə, təhsil, səhiyyə sahəsindəki, rayonun abadlıq işlərindəki, narkomaniyanın geniş yayılması ilə bağlı mövcud olan cox saylı problemlərlə bağlı, geniştərkibli ümum rayon konfransı keçirilsin, problemlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilsin. Seminar çox səmərəli, səmimi atmosferdə işinə yekun vurdu. Geri qayıt |