Əsas Səhifə > Ölkə > BEYLƏQANDA MƏMUR OVU BAŞLADI

BEYLƏQANDA MƏMUR OVU BAŞLADI


23-07-2012, 14:28
BEYLƏQANDA MƏMUR OVU BAŞLADI

İCRA BAŞÇISI KİMLƏRİ HƏDƏFƏ ALIB?

Beyləqanın icra başçısı Vaqif Abdullayev rayon icra aparatında və bir çox vəzifələrdə dəyişikliklər edir. Rayondan Gunxeber.com-a verilən məlumata görə, icra başçısı məmurlardan vəzifələrində qalmaları üçün külli-miqdarda pul istəyir. Məlumata görə, artıq icra başısının birinci müavini Nurəddin Bayramov vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə aqrar məsələlər üzrə müavin təyin olunub.

Bundan başqa iqtisadi məsələlər üzrə müavin Məhəmməd Qələndərova təzyiqlər olduğu və onun da vəzifəsindən uzaqlaşdırılacağı bildirilir.

Ancaq N.Qelenderov Gunxeber.com-un əməkdaşına açıqlamasında təzyiqlərə məruz qalmadığını və vəzifəsində olduğunu deyib.

Geri qayıt