Əsas Səhifə > Cəmiyyət > İQBAL AĞAZADƏ DÜŞDÜYÜ YOL QƏZASINDAN DANIŞDI
İQBAL AĞAZADƏ DÜŞDÜYÜ YOL QƏZASINDAN DANIŞDI23-07-2012, 13:12 |
“POLİSƏ XƏBƏR VERMİŞƏM” “Bilgəh istiqamətindən Bakıya gələrkən qadağan olunmuş yerdən dönən KİA markalı avtomaşın idarəetməni itirərək mənim qarşıma çıxdı. Mən ona keçmək üçün yol verdim. Həmin maşın keçsə də, idarəetməni itirərək təkrar mənim yoluma qayıtdı və qəza şəraiti yaratdı”. Bu açıqlamanı APA-ya Milli Məclisin deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadə dünən uğradığı avtomobil qəzası ilə bağlı sualı cavablandırarkən verib. İ. Ağazadənin sözlərinə görə, hadisə günorta saatlarında baş verib və qəza baş verən zaman avtomobili özü idarə edirmiş. Millət vəkili qəza törədən sürücünün naşı olduğunu və avtomaşını bir gün əvvəl aldığını deyib. Onun sözlərinə görə, hadisə nəticəsində ayağı yüngül əzilib: “Nə qarşı tərəfdən, nə də biz tərəfdən ciddi xəsarət yoxdur”. Deputat hadisə barədə hüquq-mühafizə orqanlarına xəbər verdiyini və hazırda faktla bağlı araşdırmalar aparıldığını bildirib. Geri qayıt |