Əsas Səhifə > Hadisə > BAKIDA GÜN VURANLARIN SAYI 45-Ə ÇATDI

BAKIDA GÜN VURANLARIN SAYI 45-Ə ÇATDI


23-07-2012, 13:09
BAKIDA GÜN VURANLARIN SAYI 45-Ə ÇATDI

ONLARA TİBBİ YARDIM EDİLİB

Dünən paytaxtda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 3 müraciət daxil olub.

Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, xəstələrə tibbi yadım göstərilib və onların vəziyyətləri yaxşılaşıb. Z. Vahidova bildirib ki, iyunun 5-dən bu günədək paytaxtda günvurma ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 45 nəfərə çatıb. Müraciət edənlərdən 12 nəfəri xəstəxanaya yerləşdirilib.

Geri qayıt