Əsas Səhifə > Siyasət, Manşet > AYAZ MÜTƏLLİBOVDAN İLGİNC ADDIM

AYAZ MÜTƏLLİBOVDAN İLGİNC ADDIM


23-07-2012, 12:04
AYAZ MÜTƏLLİBOVDAN İLGİNC ADDIM
KEÇMİŞ PREZİDENT AZƏRBAYCAN TÜRKCƏSİNİ ÖYRƏNMƏYƏ BAŞLAYIB

DİA.AZ: - Eks-prezidentlərin hüquqları ilə bağlı qanunun qəbulundan sonra 20 illik həsrətə son qoyub, vətənə birdəfəlik dönmə fürsəti əldə edən və hazırda Bakıda yaşayan müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun dövlət dilimizi - Azərbaycan türkcəsini mükəmməl şəkildə bilmədiyi ilkindən də məlum idi. Hələ Rusiya paytaxtında günlərini keçirərkən, Azərbaycanla yazışmalarında da keçmiş dövlət başçısı bu nöqsanını dəfələrlə biruzə vermişdi. Hətta «Fasebook» yazışmalarında dəfələrlə ayrı-ayrı vətəndaşlarımız ona «Ayaz müəllim, siz bu ölkənin başçısı olmusunuz, lütfən bu dövlətin dilinə sayğı ilə yanaşın» şəklində ismarıclar da yollayırdılar.

İndi deyəsən, keçmiş prezident nəhayətdə səslənən iradları dinləmək qərarına gəlib. Bu barədə DİA.AZ-a Mütəllibovun yaxınları tərəfindən verilən informasiyadan aydın olur ki, o, Azərbaycan türkcəsini mükəmməl öyrənə bilməsi üçün müəllim tutub.

Mənbəmizin söylədikləri: «Artıq bir həftədir ki, keçmiş prezident Azərbaycan türkcəsindən hazırlaşır. Elə mətbuat qarşısına çıxmaması da bununla bağlıdır. Hər halda, Ayaz müəllimin uzun illər Rusiya paytaxtında qalması, onsuz da əvvəlindən bərbad olan Azərbaycan türkcəsini daha da bərbad hala salıb».

Mənbəmiz onu da bildirdi ki, sabiq dövlət başçısı bir ay kursa getdikdən sonra hər kəsə qapılarını açacaq.

Nə deyirik, səbr edərik. Və redaksiya olaraq keçmiş prezidentə zehin açıqlığı arzulayırıq. Öyrənmək heç bir zaman gec deyil. Xüsusən də ana dilini…

Geri qayıt