Əsas Səhifə > Ölkə > “AZADLIQ” QƏZETİNİN BAŞ REDAKTORU ARXAYINDIR
“AZADLIQ” QƏZETİNİN BAŞ REDAKTORU ARXAYINDIR26-10-2011, 16:16 |
“AİLƏMİN TƏHLÜKƏSİZ BİR YERDƏ YAŞADIĞINA ƏMİNƏM” “Ailəm mənsiz yaşamağa öyrəşib”. Bunu “Media forum” saytına açıqlamasında “Azadlıq” qəzetinin Fransadan Bakıya yenicə qayıtmış baş redaktoru Qənimət Zahid deyib. Ailəsinin bu təcrübədən hələ o, həbsxanada olarkən keçdiyini qeyd edən Qənimət Zahid həyat yoldaşının və övladlarının yanında qalmamasını ciddi problem hesab etmir: “Düşünmürəm ki, mənim Bakıya qayıtmağım ailəm üçün hər hansı problem yaratsın. Həm də əlaqə saxlamaq üçün telefon, internet var. Burdakı işlərimi qaydaya salandan sonra vaxtaşırı ailəmə də baş çəkəcəm”. Baş redaktor ailəsinin Fransada evlə təmin olunmasında heç bir çətinlik çəkmədiklərini bildirib: “Sadəcə, uşaqların fransız dilini bilməmələri bir az problem yaratdı. Ona görə də həm məktəbə gedirlər, həm də dil kurslarına. Böyük qızım dil probleminə görə universitetdəki təhsilindən bir il geri qaldı. Başqa problemimiz yoxdur. Ən azı ailəmin təhlükəsiz bir yerdə yaşadığına mən də əminəm, onlar da”. Bir müddət əvvəl Qənimət Zahid Azərbaycanda övladlarının həyatına təhlükə olduğunu deyərək xanımını və övladlarını Fransaya aparıb. Hazırda ailə Parisdədir. Qənimət Zahidin üç qızı, bir oğlu var. Qənimət Zahid 2007-ci ilin noyabrından 2010-cu ilin martına qədər həbsdə olub. Geri qayıt |