Əsas Səhifə > Ölkə > İCRA HAKİMİYYƏTİNDƏ ƏLBƏYAXA DAVA

İCRA HAKİMİYYƏTİNDƏ ƏLBƏYAXA DAVA


22-07-2012, 13:47
İCRA HAKİMİYYƏTİNDƏ ƏLBƏYAXA DAVA

MİLLİ MƏTBUAT GÜNÜNÜ İMİŞLİDƏ BELƏ QEYD EDİBLƏR

DİA.AZ: - Milli mətbuatın 137-ci il dönümü münasibətilə ölkənin dövlət və hökumət orqanlarında, eyni zamanda müxtəlif vətəndaş cəmiyyətini təmsil edən QHT-lərdə mətbuatda çalışan media nümayəndələri bayram münasibətilə təbrik olunmaqdadırlar. Ancaq bunu İmişli rayonu haqqında demək olmaz.

Vilyam Hacıyevin icra başçısı oldugu İmişlidə dünən mətbuat nümayəndələri təhqir olunublar. DİA.AZ bildirir ki, bu baərədə “Vətəninfo.az” məlumat yayıb. Xəbərə görə, Vilyam Hacıyev ölkədə olmadıgından onun mətbuat günü ilə baglı təhsil və səhiyyə məsələləri üzrə müavini Səlim Məhərrəmov altı mətbuat nümayəndəsini rayon İcra Hakimiyyətinə dəvət edib.

S.Məhərrəmov jurnalistlərə bildirib ki, rayonun icra başçısı Vilyam Hacıyev məzuniyyətdə oldugundan o, media mənsublarına hansısa hədiyyələr verə bilməyəcək, amma “sizi “stolovaya” (yeməkxanaya) aparıb “obed” ala bilərəm” deyə onları təhqir edib. Səlim Məhərrəmovun bu sözlərinin cavabında isə “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev “Biz bura bir qarın yeməyə gəlməmişik” deyə müavinin cavabını verib.

Mənbənin sözlərinə görə, bundan sonra “ev sahibi” ilə qonaqlar arasında mübahisə az qala əlbəyaxa döyüşə keçsin. S.Məhərrəmovun mətbuat nümayəndələrinə qarşı bu rəzil və təhqiramiz hərəkəti yəqin ki, cavabsız qalmayacaq.

Hər halda, Vilyam Hacıyevin adamı ilə reket jurnalistlərin davasını seyr etmək maraqlı olardı. Çünki “həmkarlarımız” Vilyam Hacıyevin kantoruna kabab iyinə getmişdilər, amma əvəzində onlara “perlova supu” təklif olunub...

Geri qayıt