Əsas Səhifə > Güney Press, Araşdırma > AMERİKANIN YENİ SƏFİRİ BAKIYA GƏLİR

AMERİKANIN YENİ SƏFİRİ BAKIYA GƏLİR


22-07-2012, 12:44
AMERİKANIN YENİ SƏFİRİ BAKIYA GƏLİR

MORNİNQSTARIN ANDİŞMƏ MƏRASİMİ KEÇİRİLİB

DİA.AZ: - ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Riçard Morninqstarın andiçmə mərasimi iyulun 20-də keçirilib.Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

And içmədən sonra Riçard Morninqstar Dövlət Departamentinin sədri Hillari Klintonla görüşüb.

Qeyd edək ki, iyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.

Morninqstarın bu posta namizədliyi aprel ayında ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi isə bu təklifi yekdilliklə bəyənib.

ABŞ Prezidenti Barak Obama 29 dekabr 2010-cu ildə Metyu Brayzanı Senatın razılğı olmadan Azərbaycana səfir təyin etmişdir.Ermənipərəst senatorlar Barbara Bokser və Robert Menendes təziq göstərərək, onun namizədliyinə mane olurdular.

Geri qayıt