Əsas Səhifə > Şou-biznes > “ŞƏXSİYYƏT VƏSİQƏMDƏ YAŞIMI AZALTMIRAM...”

“ŞƏXSİYYƏT VƏSİQƏMDƏ YAŞIMI AZALTMIRAM...”


22-07-2012, 11:45
“ŞƏXSİYYƏT VƏSİQƏMDƏ YAŞIMI AZALTMIRAM...”

FLORA KƏRİMOVA 71 YAŞINI QEYD EDƏCƏK

Məlahətli səsi ilə illərdir tamaşaçı ordusunun sevgisinə layiq görülən Azərbaycanın xalq artisti Flora Kərimova iki gündən sonra nə az, nə çox, düz 71 yaşını qeyd edəcək. “Bəli, düz 71! Mən yaşımı bəziləri kimi heç vaxt yaşımı gizlətməmişəm, nə də ki, şəxsiyyət vəsiqəmdə azaltmamışam. Gülməyin. Sənət aləmində belələrinə çox rast gəlmək olar. Bu günümə şükürlər edirəm. Məni bu günə sağ-salamat çatdıran sənətim və bu sənətimə dəyər verən tamaşaçılarımdır. Məni sevənlər də sağ olsunlar, sevməyənlər də. Sevməyənlərdən Allahdan rəhm istəyirəm, qoy ürəklərinə rəhm gəlsin”, - deyə saytımıza açıqlama verən xalq artisti ad gününü öz doğmalarının əhatəsində qeyd edəcəyini vurğuladı. O, həmçinin fürsətdən istifadə edib, Ramazan ayının gəlişi münasibətilə hər kəsi təbrik etməyi də unutmadı:

- Ramazan ayı dünya müsəlmanlarının həyatına xoş gəldi, səfa gətirdi. Arzu edirəm ki, Allah-Təala hər kəsin duasını qəbul eləsin, İnşallah! Niyyətləriniz çin olsun!

Həm daxili aləminin gözəlliyi, həm də tibb elminin gücü sayəsində /son günlər bunu sezməmək mümkün deyil/ günbəgün cavanlaşan Flora xanımı kollektivimiz adından təbrik edir, ona dünyanın ən gözəl neməti olan cansağlığı arzulayırıq!

Geri qayıt