Əsas Səhifə > Partiya, Manşet > KEÇMİŞ BAŞÇININ CƏMİYYƏTİ DAĞILMAĞA BAŞLADI

KEÇMİŞ BAŞÇININ CƏMİYYƏTİ DAĞILMAĞA BAŞLADI


20-07-2012, 16:09
KEÇMİŞ BAŞÇININ CƏMİYYƏTİ DAĞILMAĞA BAŞLADI

SƏDR MÜAVİNİ VƏ İDARƏ HEYƏTİNİN ÜZVÜ İSTEFA VERDİ

DİA.AZ: - Borçalı Cəmiyyətinin sədr müavini və İdarə Heyənin üzvü Zahir Əlisoy titduğu vəzifələrindən bu gün istefa verib. Bu məlumatı Bütöv Azərbaycan Ocaqları İnformasiya Mərkəzindən DİA.AZ-a təsdiq ediblər.

Zahir Əlisoyun istefa verməsini BAO İnformasiya Mərkəzindən bildiriblər. Zahir Əlisoy Borçalı Cəmiyyətinin Sədri Zəlimxan Məmmdəlinin keçmiş silahdaşların biridir və 2009-cu ildə Borçalının Marneuli rayonunun nümayəndəsi kimi sədr müavini postunu turdu. İnformasiya Mərkəzinin yetkilisi bildirib ki, yaxın zamanlarda Zahir Əlisoy istefasının səbəbləri barədə ictimaiyyətə müfəssəl açıqlama verəcək. Qeyd edək ki Zahir Əlisoy eyni zamanda Bütov Azərbaycan Ocaqlarının (BAO) Başqanı vəzifəsi tutur.

Yanvar ayından etibarən Borçalı Cəmiyyəti ətrafında böyüyən qalmaqal, Zəlmixan Məmmədli ilə Gürcüstan türkləri Konfederasiya prezidenti Daşqın Gülməmmədov, Borçalı Gənc Türklər İttifaqı Başkanı Tamir Süleymanov və Borçalı Milli Hərakatının Sədri ismayıl Qacar arasında yaranan klandaxili konflikt nəticədə Borçalı Cəmiyyətinin dağölmasına gətirib mıxardı. Marneuli və Bolnisi qruplaşmaları birləşərək Qardabani qruplaşmasının rəhbəri hesab edilən Zəlimxan Məmmədliyə qarşı geniş diskreditasiya tədbirləri gördülər.

Ən böyük qalmaqal isə Zəlimxan Məmmədlinin BBM-də mətbuat konfransı zamanı Borçalılara "sürü" deməsindən sonra meydana gəldi. İntensiv inforamsiya diversiyalarına məruz qalan Zəlimxan Məmmədli və Borçalı Cəmiyyəti artıq sıradan çıxarılmaq üzrədir. Borçalılar arasında liderlik və birincilik uğrunda başlayan savaş digər tərəfdən Bakıda bu regionun nümayəndələrini də qarşı qarş ıya qoydu.

Əldə etdiyimiz məlumatlara görə Zahir Əlisoy Cəmiyyətin təsisçisi Eyvaz Boçalının qohumudur və Zəlmixan Məmmədlinin əsas rəqiblərindən biri Daşqın Gülməmmədovla da uzaq qohumluq əlaqələrinə malikdir. Borçalı Cəmiyyətində mənbə bizə bildirib ki, Zahir Əliyevin İstefası başalanğıcdır. Yaxın zamanlarda Cəmiyyəti istefalar dalğası bürüyəcək. Həmçinin təsdiq olunub ki, Zahir Əlisoyla birlikdə 40 adam Borçalı Cəmiyyətinin tərk edərək Bütöv Azərbaycan Ocaqlarına qoşulub.

Geri qayıt