Əsas Səhifə > Cəmiyyət > İQTİSADİ BÖHRANIMIZ “НЕВ�?Д�?МКА” İMİŞ

İQTİSADİ BÖHRANIMIZ “НЕВ�?Д�?МКА” İMİŞ


20-07-2012, 14:01
İQTİSADİ BÖHRANIMIZ “НЕВ?Д?МКА” İMİŞ

AZƏRBAYCANDA GİZLİ VƏ GÖRÜNMƏYƏN İQTİSADİ BÖHRAN YAŞANIR

Son zamanlar dünyada baş verən iqtisadi böhran haqqında danışan ölkə rəsmiləri bunun Azərbaycana hər hansı bir təsiri olmadığını söyləyirdilər. Lakin son zamanlar ölkə bankları ətrafında baş verən qalmaqallar xüsusilə 200 milyon aktivləri olan Royal Bankın bağlanması rəsmilərin dediklərini doğru olmadığını ortaya qoydu. FaktXeber.com-un “baş verənlərə görə demək olarmı ki, dünyada yaşanan iqtisadi böhran artıq Azərbaycana da ciddi şəkildə təsir etməyə başlayıb ”, - sualını cavablandıran iqtisadçı-ekspert Zöhrab İsmayıl maraqlı fikirlər səsləndirdi. Ekspert qeyd etdi ki, baş verən iqtisadi böhran bütün dünyanı yox, ayrı-ayrı ölkələri əhatə edib: “Avropada iqtisadi böhrana görə problemi olan cəmi iki ölkə mövcuddur. Yunanıstan və İspaniya. Digər tərəfdən ABŞ və digər ölkələr böhranı geridə qoyublar.”

Azərbaycanda isə gizli və görünməyən iqtisadi böhranın yaşandığını qeyd edən Zöhrab bəy, “sayları 50-ə yaxın olan banklar arasında cəmi 5-6 bank tanınandır. Təbii ki, Royal Bankın da bağlanması bank sektorunda yaşanan problemlə əlaqədardır” ,- deyə bildirdi: “Azərbaycan iqtisadiyyatı hazırda neftin üzərində durub. Hal-hazırda neftin qiyməti 100 dollardan yuxarıdır. Eyni halda ölkəyə gələn bütün neft pullarının xərclənməsi ilə yanaşı, dünyanın böyük kredit təşkilatlarından yüksək miqdarlı borclar götürülür. Cəmiyyətə göstərilən iqtisadi sabitlik, sanki bir aldadıcı rol oynayır. Dünya bazarlarında neftin qiymətinin 20% aşağı düşməsi Azərbaycandakı gizli böhranı üzə çıxardacaq. Digər tərəfdən də ölkəyə gələn neft gəlirlərinin miqdarı getdikcə azalır. “

Ekspert onu da bildirdi ki, rəsmilərin iddialarına uyğun olaraq neft gəlirlərinin artması və qeyri neft sektorunun inkişafı özünü insanların həyatında göstərmir: “Qəribədir ki, Azərbaycanlı pensiyaçı hələ də 100 manat təqaüd alır. Eyni halda 100 manat əmək haqqı alanlar da mövcuddur. Halbuki Avropada imiqrantlara və qaçqınlara ev verməklə yanaşı ən aşağısı aylıq 200 avro yardım ayrılır. Məncə dünyanı iqtisadi böhran içində olmasını iddia edib, Azərbaycandakı iqtisadi siyasətin möhtəşəmliyini söyləyənlər səhvə yol verirlər. Həmin şəxslər faktiki olaraq Azərbaycan iqtisadiyyatını uçuruma aparırlar.”

Geri qayıt