Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKIDA “AZAD MƏTBUAT YÜRÜŞÜ” KEÇİRİLƏCƏK

BAKIDA “AZAD MƏTBUAT YÜRÜŞÜ” KEÇİRİLƏCƏK


20-07-2012, 12:41
BAKIDA “AZAD MƏTBUAT YÜRÜŞÜ” KEÇİRİLƏCƏK

JURNALİSTLƏR BAYRAMLARINI BELƏ QEYD EDİR

İyulun 22-də media təmsilçiləri Azərbaycan Jurnalistikası Günü münasibətilə “Azad mətbuat yürüşü” keçirəcək. Məlumatı RATİ yayıb.

Xəbərdə deyilir ki, yürüş saat 11:00-da Fəxri xiyabanda milli mətbuatın banısı Həsən bəy Zərdabinin məzarını ziyarətlə başlayacaq. Ardınca İkinci Fəxri xiyabanda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, “Azadlıq” qəzetinin qurucusu Nəcəf Nəcəfovun, Şəhidlər xiyabanında jurnalistlər Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Arif Hüseynli və digər media nümayəndələrinin məzarları ziyarət olunacaq.

Geri qayıt