Əsas Səhifə > Cəmiyyət > “VƏZİFƏLİ ŞƏXSLƏR HESABAT VERMƏLİDİR”
“VƏZİFƏLİ ŞƏXSLƏR HESABAT VERMƏLİDİR”26-10-2011, 13:37 |
“KORRUPSİYANIN BAŞINDA DURANLAR ÖZLƏRİ İLƏ MÜBARİZƏ APARA BİLMƏZLƏR” Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılması və onun ictimai vəkillik kampaniyasının aparılması” layihəsinə həsr olunan konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, cəmiyyətdə korrupsiyanın formaları və onlara qarşı mübarizə metodları haqqında ictimaiyyətin məlumatlandırılması layihənin əsas məqsədidir. Fondun eksperti Rövşən Ağayev bildirib ki, layihə çərçivəsində beynəlxalq təcrübədə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı tədqiqat aparılıb. Konfransda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, dövlətin qarşısında maaşların artırılması kimi ciddi məsələləri tələb kimi qoymaq lazımdır: “Dünən Azərbaycan Tibb Universitetinin dosenti rüşvət aldığını görə həbs edilib. Bu hadisə dövlətin əməkhaqqı siyasətinin nəticəsidir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yenidən qurulmalıdır. Korrupsiyanın başında duranlar özləri ilə mübarizə apara bilməzlər. Məmurların sayını kəskin azaltmaq lazımdır. Bəzi məmurlar bütün gün kabinetlərində kompüter oyunu ilə başlarını qatırlar. Bəzi nazirliklərdə işçiləri saat 8-ə qədər idarədə saxlayırlar və əlavə əməkhaqqı ödəmirlər. Hesab edirəm ki, neqativ halların qarşısını almaq üçünü köklü iqtisadi islahatlar keçirilməlidir, ölkədə güclü mətbuat və müxalifətin nəzarəti olmalıdır”. Geri qayıt |