Əsas Səhifə > Cəmiyyət > RƏSUL QULİYEV YENƏ DƏ ARANI QATA BİLDİ

RƏSUL QULİYEV YENƏ DƏ ARANI QATA BİLDİ


19-07-2012, 15:13
RƏSUL QULİYEV YENƏ DƏ ARANI QATA BİLDİ

İCTİMAİ PALATADA “RAZBORKA”LAR DƏRİNLƏŞİR

“ Prezident seçkilərində vahid namizədin müəyyənləşdirilməsinə Açıq Cəmiyyət Partiyasının müdaxiləsi Müsavat və Xalq Cəbhəsi partiyaları arasındakı münasibətləri gərginləşdirib”.

AXCP və Müsavatın təmsil olunduğu İctimai Palatanın (İP) Koordinasiya Şurasındakı (KŞ) mənbənin APA-ya verdiyi məlumata görə, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin partiyasına və Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına (DCUMH) İctimai Palataya daxil olmaqla bağlı təlimat verib.

Mənbə bildirib ki, R. Quliyevin təlimatına əsasən ACP-nin yeni sədri Sülhəddin Əkbər DCUMH-da partiya liderinin prezident seçkisində hərəkatın vahid namizədi kimi təqdim olunması, həmçinin hərəkatın da İctimai Palataya daxil olması ilə bağlı müzakirələrə başlayıb. Lakin hərəkatın digər təsisçiləri tərəfindən bu təklif etirazla, hətta ciddi narazılıqla qarşılanıb. Bundan sonra isə R. Quliyev təkidlə hərəkatdan etiraz aksiyalarına başlamağı tələb edib. Onun fikrincə, bu aksiyalar hərəkatın beynəlxalq nüfuzunu yüksəlməsinə, sonda isə ölkədə siyasi aktivliyə gətirib çıxara biləcək.

Onun əsaslandırmasına görə, aksiyalar xarici mətbuatın diqqətini çəkə bilər ki, bu da hərəkatı İctimai Palata üçün də cəlbedici edə bilər. R. Quliyevin bu istəyi də hərəkatın İdarə Heyətində məqbul hesab edilməyib. Ona görə də ACP lideri son açıqlamalarının birində hərəkatı yarıtmaz fəaliyyətdə ittiham edib.

Hazırda İctimai Palataya daxil olmaq üçün AXCP sədri Əli Kərimli ilə aktiv müzakirələr keçirən ACP lideri və sədrini Əli Kərimli və AXCP-nin digər funksionerləri ciddi dəstəkləyirlər. Lakin R. Quliyevin İctimai Palataya gəlməsi Müsavat Partiyasının başqanı İsa Qəmbər tərəfindən birmənalı etirazla qarşılanıb. R. Quliyevin təlimatına əsasən isə Sülhəddin Əkbər davamlı olaraq, İP KŞ-nın üzvləri ilə görüşür və onları inandırmağa çalışır ki, ACP-nin yəni, R. Quliyevin İP-ə gəlişi müxalifətin bu qanadının güclənməsinə səbəb ola bilər.

AXCP-nin adının çəkilməsini istəməyən funksioneri isə APA-ya belə müzakirələrin getdiyini təsdiqləyib. O, AXCP-nin Rəsul Quliyevin İP-yə gəlməsini dəstəkləməsinin səbəbini də açıqlayıb : “İndiki halda İctimai Palatada Əli bəyin prezidentliyə vahid namizəd kimi təsdiqlənməsi mümkün görünmür. Çünki Müsavat və onu dəstəkləyənlər İsa Qəmbərin vahid namizədliyindən vaz keçməyəcəklər. Pənah Hüseynin vahid namizəd məsələsini bu qədər erkən ortaya atması da bununla bağlıdır. Rəsul Quliyevin İctimai Palatada təmsil olunması məsələsi gündəmə gələn kimi bunlar İP-nin vahid namizədinin müəyyənləşməsini istədilər. Çünki bilirlər ki, ACP-nin gəlişi ilə qüvvələr nisbəti dəyişəcək. Rəsul Quliyev heç vaxt İsa Qəmbəri dəstəkləməyəcək, özünün ölkəyə gəlib namizəd olmaq şansı olmadığından Əli Kərimlini dəstəkləyəcək. Bu isə Müsavatın faktiki təklənməsi və qəbul olunan qərarla razılaşması deməkdir. Əks təqdirdə, İctimai Palatanın dağılmasının məsuliyyəti Müsavatın üstündə qalacaq”.

Geri qayıt