Əsas Səhifə > Partiya > ANAR BAYRAMLI MƏHKƏMƏYƏ GƏTİRİLDİ

ANAR BAYRAMLI MƏHKƏMƏYƏ GƏTİRİLDİ


19-07-2012, 14:36
ANAR BAYRAMLI MƏHKƏMƏYƏ GƏTİRİLDİ

“SƏHƏR” KANALININ MÜXBİRİNİN ŞİKAYƏTİNƏ BAXILIR

İyulun 19-u Bakı Apellyasiya Məhkəməsində İranın “Səhər” telekanalının Azərbaycan müxbiri Anar Bayramlının şikayəti üzrə ilkin baxış keçirilib. Vəkil Anar Qasımlının “Media forum” saytına verdiyi xəbərə görə, apellyasiya şikayəti hakim Abid Abdinbəyovun sədriliyi ilə araşdırılacaq. Anar Bayramlı bu gün məhkəməyə gətirilib. Hazırlıq iclasında məhkəmə araşdırmasının avqustun 2-də başlamasına qərar verilib.

Jurnalist fevralın 17-də həbs edilib. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur. Binəqədi Rayon Məhkəməsi iyunun 11-də Anar Bayramlının 2 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb. Müdafiə tərəfi apellyasiya şikayətində həmin qərarın ləğv olunması və təqsirləndirilən şəxsə bəraət verilməsi tələbini qoyub.

Geri qayıt