Əsas Səhifə > Hadisə > BAKIDA İKİ MİNİK MAŞINI TOQQUŞDU

BAKIDA İKİ MİNİK MAŞINI TOQQUŞDU


19-07-2012, 13:19
BAKIDA İKİ MİNİK MAŞINI TOQQUŞDU

SÜRÜCÜLƏR HUŞSUZ HALDA XƏSTƏXANAYA ÇATDIRILIB

Bu gün səhər saat 09:00 radələrində Bakının Nizami rayonu ərazisində Heydər Əliyev prospektində yol qəzası baş verib. Nizami rayon Polis İdarəsinin müstəntiqi Rüfət Allazovun ANS PRESS-ə verdiyi məlumata görə, “VAZ-2106” markalı 10 XF 273 dövlət nömrə nişanlı avtomobil ilə “Mercedes” markalı 10 VO 581 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə şəxsiyyətləri hələlik dəqiqləşdirilməyən hər iki avtomobilin sürcüsü ağır yaralanıb. Hər iki sürücü huşsuz halda xəstəxanaya çatdırılıb. Hər iki avtomobil isə yararsız hala düşüb.

Hadisənin hansı səbəblərdən baş verməsi aparılan avtotexniki müayinədən sonra məlum olacaq.

Geri qayıt