Əsas Səhifə > Partiya > “SİYASİ ROMANTİZM DÖVRÜ BİTDİ”

“SİYASİ ROMANTİZM DÖVRÜ BİTDİ”


19-07-2012, 12:14
“SİYASİ ROMANTİZM DÖVRÜ BİTDİ”

ARAZ ƏLİZADƏ HƏMFİKİRLƏRİNƏ MEYDAN OXUDU

“Azərbaycanda Sosial Demokrat Partiyasından başqa sol təmayüllü partiya yoxdur”.

Bu açıqlamanı APA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib. A. Əlizadə Azərbaycanda sol təmayüllü partiyaların birlik yaratmaq imkanını da dəyərləndirib: ““Solçuların blokunu yaradacağıq, dağı-dağ üstə qoyacağıq” deyən solçuların hamısı Sosial Demokrat Partiyasından kənarlaşdırılmış şəxslərdir”.

O bildirib ki, bu gün Azərbaycanda Kommunist Partiyası da var. Lakin bu adda olan qurumda 10-15 nəfər toplaşıb.

Partiya sədri ASDP-nin son illər aktiv olmamasının səbəbləri haqda da danışıb: “Azərbaycan siyasətində romantizm dövrü bitib, reallıq dövrü başlayıb. Bizim geniş maddi imkanlarımız yoxdur ki, insanları bir yerə toplayıb, olara məvacib verək. Partiyamızın qurultayında da göründü ki, təşkilatımızın üzvlərinin böyük hissəsi təxminən 50 yaşlı insanlardır. İndi istedadlı gənclər peşə karyerasını inkişaf etdirməyə üstünlük verirlər. Onları bu mövqelərinə görə qınamaq olmaz. Düşünürəm ki, gələcəkdə siyasətə peşə karyerasını formalaşdıran insanlar gələcək”.

Geri qayıt