Əsas Səhifə > Ölkə > AZƏRBAYCAN TÜRKLƏRİNİN ŞAH BABASI

AZƏRBAYCAN TÜRKLƏRİNİN ŞAH BABASI


17-07-2012, 14:40
AZƏRBAYCAN TÜRKLƏRİNİN ŞAH BABASI

BU GÜN BU MÖHTƏŞƏM TÜRK OĞLUNUN DOĞUM GÜNÜDÜR

Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində türk mənşəli zadəgan ailəsində anadan olub. 13 yaşında İsmayıl artıq müstəqil fəaliyyətə başlayır. 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edir. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. Onun dövründə Səfəvilər dövləti qüdrətli dövlətə çevrildi. Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi – Azərbaycan və İran şahənşahı, Səfəvilər dövlətinin banisi, klassik Azərbaycan şairi olub. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanında istifadə olunub. Məşhur, ölməz şair şeirlərini "Xətai" təxəllüsü ilə yazıb.

1501 — 1524 23 may
Tacqoyma: 1501
Sələfi: Səfəvilər dövlətinin əsasını qoymuşdur
Xələfi: I Təhmasib
Dini: İslam
Təvəllüdü: 17 iyul 1487-ci il
Ərdəbil
Vəfatı: 23 may 1524-cü il (36 yaşında)
Sərab yaxınlığında
Dəfn yeri: Ərdəbil, Şeyx Səfi kompleksi
Sülalə: Səfəvilər sülaləsi
Atası: Şeyx Heydər
Anası: Aləmşah Bəyim (Marta Xatun)
Həyat yoldaşı: Taclı bəyim
Uşaqları: oğlanları:
Rüstəm Mirzə, I Təhmasib, Sam Mirzə, Alxas Mirzə, Bəhmən Mirzə ;
qızları:
Xanım xanım, Pəri xanım, Məhinubanu Şahzeynəb xanım, Firəngiz xanım

Geri qayıt