Əsas Səhifə > Şou-biznes > AZƏRBAYCANLI MODEL TÜRK SERİALINDA

AZƏRBAYCANLI MODEL TÜRK SERİALINDA


17-07-2012, 14:18
AZƏRBAYCANLI MODEL TÜRK SERİALINDA

GÜNAY MUSAYEVA 18 KİLO ARIQLAYIB

Türkiyədə yaşayan və ötən aylarda doğulan ilk övladının qayğısını çəkən model Günay Musayeva iş həyatına geri dönüb.

Model artıq tədbirlərə qatılır və təkliflər almaqda davam edir. Hamiləliyinin son aylarında çəkisi xeyli artdığından son həftələr pəhriz saxlayan model əvvəlki çəkisinə qayıdıb. Model Milli.Az-a bildirib ki, ay yarım ərzində 18 kilo itirib.

O, çoxdandır, kino adamlarının da diqqətini çəkir. Son aylar məlum səbəbdən işində məhdudiyyət yaradan Günay Musayeva indi təklifləri incələməklə məşğuldur.

Öyrəndik ki, ona yeni çəkiləcək serialın heyətindən təklif gəlib. Çəkilişləri sentyabrda planlaşdırılan serial haqqında fikrini model bir azdan açıqlayacaq. Kino qəhrəmanı kimi özünü sınaqdan keçirməyi düşünən model əvvəlcə ssenari və heyətlə tanış olub, sonra qərar bildirəcək.

Geri qayıt