Əsas Səhifə > Güney Press, Araşdırma > İCRA BAŞÇISI MƏHKƏMƏYƏ VERİLDİ

İCRA BAŞÇISI MƏHKƏMƏYƏ VERİLDİ


17-07-2012, 13:01
İCRA BAŞÇISI MƏHKƏMƏYƏ VERİLDİ

SAHİBKARIN MƏHKƏMƏDƏN İLGİNC TƏLƏBİ VAR

TALEH DAYYANOV İCRA BAŞÇISININ 200 MİN MANAT CƏRİMƏ OLUNMASINI VƏ PULUN HEYDƏR ƏLİYEV FONDUNA KÖÇÜRÜLMƏSİNİ İSTƏYİR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov məhkəməyə verilib. Bu barədə DİA.AZ-a Taleh Fərasət oğlu Dayyanovun vəkili Rasim Əlizadə məlumat verib.

Əlizadə bildirir ki, icra başçısından məhkəməyə müraciət etmələrinin səbəbi şəxsi mülklə bağlıdır. O bildirib ki, Masallı şəhər, Məhəmməd Füzuli küçəsində sahibkar Taleh Dayyanova məxsus torpaq sahəsində inşa edilmiş məişət obyektinin sökülməsi barədə icra başçısı qeyri-qanuni və səlahiyyətlərini aşaraq göstəriş verib. «K.Mazanov, A.Baxışov və C.Məmmədov tərəfindən təsdiqlənmiş 92/5 saylı məktubda həmin əsassız göstəriş öz əksini tapıb. Elə mübahisəyə də bu səbəb olub. İddia tərəfi olaraq məhkəmədən məsələyə baxılmasını, cavabdehlərin hərəkətlərinin aidiyyatı üzrə araşdırılması və cavabdehlərin iddiaçıya vurduqları zərərə görə, 200 min manat ödənilməsi tələbini qaldırmışıq».

İddia tərəfi bu əsnada çox maraqlı bir addım da atıb. Belə ki, onlar dəymiş zərərə görə tutulacaq məbləğin Heydər Əliyev Fondunun hesabına köçürülməsini istəyiblər.

Geri qayıt