Əsas Səhifə > Siyasət, Manşet > AYAZ MÜTƏLLİBOVUN SƏHHƏTİ QƏFİL PİSLƏŞİB

AYAZ MÜTƏLLİBOVUN SƏHHƏTİ QƏFİL PİSLƏŞİB


17-07-2012, 12:51
AYAZ MÜTƏLLİBOVUN SƏHHƏTİ QƏFİL PİSLƏŞİB

KEÇMİŞ PREZİDENTƏ TƏCİLİ YARDIM GƏLİB, İNDİ DURUMU NORMALDIR

DİA.AZ: - Eks-prezidentlər haqqında qanunun qəbulunun ardından vətənə dönüş fürsəti əldə etmiş müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun dünən axşam saatlarında səhhətində problemlərin yaranması haqda məlumat almışıq. Bu barədə xəbəri DİA.AZ-a verən Mütəllibova yaxın şəxslərdən biri bildirdi ki, onda hələ Rusiyayad yaşadığı zamanlar kəskin ürək ağrıları yaranıb.

Xatırladaq ki, Moskvada siyasi mühacir həyatı yaşadığı dönəmdə yerli «İmpuls» qəzetinə verdiyi müsahibələrinin birində də Ayaz Mütəllibov səhhətində ciddi problemlərin olduğunu söyləyərək, vətənə dönmək niyyətində olduğunu bildirmişdi. Hətta həmin ərəfədə olduqca pessimist əhval-ruhiyyədə olan sabiq dövlət başçısı «mənə vtəndə ölmək imkanı yaradın» kimi ifadələri də işlətmişdi.

İndii isə aydın olur ki, Ayaz Mütəllibovun səhhətindəki problemlər daha da şiddətlənib. Mənbəmiz iddia edir ki, dünən axşam saatlarında sabiq dövlət başçısı üçün təcili tibbi yardım xidməti çağrılıb: «İlkin tibbi yardımdan sonra Ayaz Mütəllibova həkimlər sakit şəraitdə qalmağı və eyni zamanda həkim nəzarəti altında olmağı tövsiyyə ediblər».

Geri qayıt