Əsas Səhifə > Gündəm, Manşet > «SAQQALLI» «QIZIL MAFİYASI» ƏNDİŞƏ İÇİNDƏDİR

«SAQQALLI» «QIZIL MAFİYASI» ƏNDİŞƏ İÇİNDƏDİR


17-07-2012, 12:43
«SAQQALLI» «QIZIL MAFİYASI» ƏNDİŞƏ İÇİNDƏDİR

VƏHABİLƏRƏ MƏXSUS BU ŞƏBƏKƏNİN ÇÖKDÜRÜLMƏSİ NƏ İLƏ BAĞLIDIR?

DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün əvvəl Bakıda ticarət mərkəzlərindən birində saxta zərgərlik məmulatları aşkar edilib. Maliyyə Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi ilə B.Nuriyev küçəsinin kəsişməsi ünvanında yerləşən “Laçın” Ticarət Mərkəzində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, yuksək əyar adı altında aşağı keyfiyyətli zərgərlik məmulatlarının istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı bir daha müəyyən edilib.

Belə ki, adı çəkilən Ticarət Mərkəzində fəaliyyət göstərən Məmmədov Emil Mahal oğluna məxsus obyektdə aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 907 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub.Alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 786 ədədi, yəni 87 faizinin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

Onu da bildirək ki, əslində bu kimi faktlara digər qızıl satışı ilə məşğul olan məntəqələrdə rast gəlmək mümkündür. Və DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiyalardan da aydın olur ki, deyəsən, bu faktoru rəsmi dairələr də nəzərə alıb. Yəni saxta zərgərlik məmulatlarına qarşı əməliyyatların miqyasının genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, mötəbər mənbə redaksiyamıza çox ilginc faktları da açıqladı: «Məlumdur ki, qızıl biznesinin böyük bir hissəsi vəhabilərlə yəhudilərin əlindədir. Yəni onlar bu sektoru paylaşırlar. Doğrudur, vəhabilər bu sektora yəhudilərlə müqayisədə yenidirlər, amma bu gün onların çox ciddi şəbə5kələri var və əksər zərgərlik sexlərinə onlar nəzarət edirlər ki, bundan da rəsmi dairələrin narahat olması təbiidir».

Digər dini təriqətlərlə müqayisədə haram qazancdan çəkinməyən vəhabilərin birə beş qiymətə satılan, yəni alış qiyməti ilə satış qiyməti arasında böyük bir uçurum olan qızıl-zinət əşyaları bazarına bu qədər maraqlı olmaları da kifayət qədər şübhəlidir.

Mənbəmiz bildirir ki, bu gün vəhabilərin həm Mərkəzi və həm də «Moskva» univermaqlarında böyük şəbəkələri fəaliyyət göstərir: ««Avroviziya» yarışması -zamanı vəhabilərin Azərbaycanla bağlı hansı planları qurduqları da məlum oldu. Əslində onların dövlətimizə qarşı hansı mövqedə dayanmaları ilk başdan aydındır. Amma artıq rəsmi dairələrin hərəkətə keçməsi, vəhabilərə aid gəlir ünvanlarını darmadağın etməsi bir zəruri prosesə çevrilib».

Mənbəmiz onu da iddia etdi ki, bu güni dövlətin rəsmi qurumlarının qızıl bazarında əsas hədəfləri də məhz vəhabilərə məxsus məntəqələrin nəzarətə alınmasıdır: «Əslində onlar daha çox qazanc götürə bilmələri üçün saxta zərgərlik məmulatlarını ölkəmizə gətirən şəbəkəyə də nəzarət edirlər. Bu isə cinayətdir və bu səbəbdən rəsmi əllərin sözügedən sektordakı vəhabi qoluna sarsıdıcı zərbə vura bilməsi üçün hüquqi zəmin mövcuddur».

Geri qayıt