Əsas Səhifə > Hadisə > SUMQAYITDA PUL DOLU SEYF APARILDI

SUMQAYITDA PUL DOLU SEYF APARILDI


17-07-2012, 12:26
SUMQAYITDA PUL DOLU SEYF APARILDI

OĞRULAR ŞADLIQ EVİNİ YARIB

Azərbaycan Sumqayıt şəhərində şadlıq evindən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Sumqayıt şəhərində fəaliyyət göstərən “Ramiz” şadlıq sarayına pəncərədən daxil olan naməlum şəxslər oradakı seyfi oğurlayıblar. Seyfdə olan pulun məbləği barədə dəqiq məlumat verilmir. Şadlıq evinin sahibi polisə verdiyi ifadəsində seyfdə külli miqdarda pulun olduğunu bildirib.

Hazırda polis oğurluğu törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

Geri qayıt