Əsas Səhifə > Cəmiyyət > ƏLİ KƏRİMLİNİN HƏBSİNƏ TƏDARÜK GÖRÜLÜR

ƏLİ KƏRİMLİNİN HƏBSİNƏ TƏDARÜK GÖRÜLÜR


16-07-2012, 15:51
ƏLİ KƏRİMLİNİN HƏBSİNƏ TƏDARÜK GÖRÜLÜR

HAFİZ HACIYEV ONUN ƏLEYHİNƏ İFADƏ VERDİ

Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bir neçə gün bundan öncə sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənərək dünyasını dəyişməsi ilə bağlı Baş Prokurorluğa ünvanladığı məktubla əlaqədar həmin idarəyə çağırılıb.

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, o idarədə müstəntiqlərin suallarını cavablandırıb.
Partiya sədri iddiasında qərarlı olduğunu, bu cinayətin üstünün açılması üçün əlindən gələni edəcəyini deyib. Hafiz Hacıyev istintaqçılardan məsələ ilə bağlı Elçibəy hakimiyyəti zamanı ona yaxın insanların da dindirilməsini tələb edib.

Faktla bağlı şahidlərinin olduğunu qeyd edən H. Hacıyev istintaqda iştirak etmək üçün onlara müraciət edib. Müraciətdə deyilir: “Hörmətli Elcibəysevərlər bir çox məsələləri açıq söyləməyin, səhvləri etiraf etməyin artıq vaxtı çatıb . Onsuz da səhvlər etiraf olunmasa, xalqa deyilməsə belə əzəl-axır hamı bunları biləcək. Yadınızdadırsa, Elçibəyin cənazəsi bura gətirilən gün Əli Kərimli necə hərəkət etdi. Sizin kiçicik bir etirafınız lazımdır ki, onun cinayəti təsdiq olunsun və cəzasını çəksin. Bəlkə bundan sonra Əbülfəz Elçibəyin ruhu rahat olacaq. Ona görə də sizə müraciət edirəm ki, bu günə kimi Əli Kərimlinin xəyanətləri haqda saxladığınız sirri hüquq mühafizə orqanlarına açıb deyəsiniz”.

Geri qayıt