Əsas Səhifə > Dünya > NƏHAYƏT TEHRANIN MÜQAVİMƏTİ QIRILDI

NƏHAYƏT TEHRANIN MÜQAVİMƏTİ QIRILDI


26-10-2011, 12:19
NƏHAYƏT TEHRANIN MÜQAVİMƏTİ QIRILDI

URMİYA GÖLÜNÜN XİLASI ÜÇÜN VƏSAİT AYRILDI

İran hökuməti Urmiya gölünün qurumasının qarşısının alınması məqsədilə 420 milyon dollar həcmində vəsait ayırıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin üzvü Məhəmməd Rza Hacı-Əsgəri bildirib. Onun sözlərinə görə, gölün qurmasının qarşısının alınması üçün artıq müvafiq plan da hazırdır.

Qeyd edək ki, Urmiya gölünün sürətlə quruması İran azərbaycanlıları arasında kütləvi etirazlara səbəb olub. Ehtimal olunur ki, gölün quruması həm ciddi ekoloji fəsadlar yarada, həm də kənd təsərrüfatından dolanan yerli əhalinin bu bölgədən kütləvi mühacirətinə səbəb ola bilər.

Geri qayıt