Əsas Səhifə > Partiya > “BİR AY ƏRZİNDƏ QURULTAYIMIZI KEÇİRMƏYƏ HAZIRIQ”

“BİR AY ƏRZİNDƏ QURULTAYIMIZI KEÇİRMƏYƏ HAZIRIQ”


16-07-2012, 15:17
“BİR AY ƏRZİNDƏ QURULTAYIMIZI KEÇİRMƏYƏ HAZIRIQ”

MÜSAVATIN QURULTAYI SENTYABRA QALDI

Müsavat Partiyasının qurultayı çox güman ki sentyabr ayında baş tutacaq. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, hakimiyyət yer ayırarsa, partiyanın VII qurultayının sentiyabrda keçirilməsi üçün heç bir problem yoxdur.

“Bizə yer verilərsə, bir ay ərzində qurultayımızı keçirməyə hazırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülüb. Bu baxımdan qurultayın sentiyabrda keçirilməsi məqsədəuyğundur. Lakin bizim qərarımız qurultay üçün yer ayrılandan sonra dəqiq müəyyənləşəcək. Bu baxımdan heç bir problem yoxdur, tədbiri sentyabrda keçirə bilərik. İlk növbədə hakimiyyət bizə uyğun yer versin, bundan sonra lazımı işlər görüləcək. Sentiyabr da bizim üçün münasib vaxtdır”,- deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, Müsavat rəhbərliyi hakimiyyət tərəfindən onlara uyğun yer verilərsə, qurultayın yaxın zamanlarda Bakıda keçiriləcəyini vurğulayıb. Hətta, bir neçə gün bundan öncə Gürcüstana səfərə gedən Müsavat başqanı İsa Qəmbərin qurultayla bağlı bir sıra görüşlər keçirəcəyi bildirilmişdi.

Geri qayıt