Əsas Səhifə > Hadisə > QARPIZDAN KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

QARPIZDAN KÜTLƏVİ ZƏHƏRLƏNMƏ


16-07-2012, 14:50
QARPIZDAN KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

QONAQLIQDA VERİLƏN QARPIZ ZƏHƏRƏ DÖNDÜ

Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 15-də İsmayıllı rayonu Qoşakənd kəndində qeydə alınıb. Kənd sakinləri Mükafat Qədirov, Gülsabah Əliyeva, onlara qonaq gələn qonaqlar - Bakı şəhər sakinləri Aygün Nağıyeva, Nailə Nağıyeva və İsmayıl İsmayılov qarpızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt