Əsas Səhifə > Şou-biznes > SAMRİNA TELEFONUN BAŞINDA QALIB

SAMRİNA TELEFONUN BAŞINDA QALIB


26-10-2011, 12:16
SAMRİNA TELEFONUN BAŞINDA QALIB

“YARADICILIĞIM VAR VƏ BU, KİFAYƏTDİR"

Gənc müğənni Samrina xalq artisti Aygün Kazımovanın telefon zəngini gözləyir.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, A.Kazımova ilə duet oxumağa hazırlaşan ifaçı bunun üçün xalq artistinin boş vaxt tapmasını gözləyir.

Samrina hələ orta məktəbdə oxuyarkən Türkiyədə model kimi fəaliyyətə başlamaq təklifi alıbmış. Lakin o vaxt valideynləri bu təklifi rədd ediblər: "Çünki orada çimərlik paltarları, alt paltarları və sair nümayiş etdirməli idim. İndi isə özüm də belə təklifi qəbul etmərəm. Yaradıcılığım var və bu, kifayətdir".

Samrina xarici görünüşündə etdiyi dəyişikliklər haqda da açıq danışıb. O, dodaqlarının silikon olduğunu etiraf edib. "Buna görə çox peşmanam və dodaqlarımdan silikonların çıxarılmasına çalışıram. Amma bunun üçün əməliyyat tələb olunur. Əməliyyatı isə istəmirəm. Gənc yaşda plastik əməliyyatlara çox pis yanaşıram. Mən səhvə yol vermişəm. Kiminsə bunu təkrarlamasını istəmirəm", - deyə ifaçı qeyd edib.

Geri qayıt