Əsas Səhifə > Hadisə > KEÇMİŞ NAZİRƏ AĞIR İTKİ

KEÇMİŞ NAZİRƏ AĞIR İTKİ


16-07-2012, 13:04
KEÇMİŞ NAZİRƏ AĞIR İTKİ

İSGƏNDƏR HƏMİDOVUN QARDAŞI DÜNYASINI DƏYİŞDİ

Bu gün səhər saatlarında sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı Zakir Məmmədov dünyasını dəyişib. Bildirək ki, Zakir Məmmədov uzun müddət imiş ki, bağırsaqlarındakı xəstəlikdən əziyyət çəkirmiş. Beş dəfə Azərbaycanda, iki dəfə Türkiyədə cərrahi əməliyyat olunub. Amma buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dəfn bu gün, iyulun 16-da olacaq. Mərhumun yas mərasimi Gəncənin "2-ci çast" adlanan yerində keçirilir.

Mərhum Zakir Məmmədov 15 avqust 1952-ci ildə anadan olub. 1 ay sonra 60 yaşı tamam olacaqdı.

O, uzun müddət hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Gəncənin Nizami rayonunun prokuroru olub.

Ailəlidir. Bir oğlu, iki qızı var.

Allah rəhmər eləsin!

Geri qayıt